Müsabiqə şərtini ödəyən abituriyentlərin SAYI
Digər
26 İyul 2017 14:32

Müsabiqə şərtini ödəyən abituriyentlərin SAYI


2017/2018-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə II, III və IV ixtisas qrupları üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin sayı açıqlanıb.
 
APA-nın xəbərinə görə, imtahan nəticələrinə əsasən II ixtisas qrupu üzrə 10 439 nəfər, III ixtisas qrupu üzrə 10 181, IV ixtisas qrupu üzrə 3084 nəfər 200 baldan yuxarı nəticə göstərərək müsabiqə şərtini ödəyiblər. Bununla da, onlar müsabiqədə iştirak etmək hüququ əldə ediblər.  
 
I ixtisas qrupu üzrə müsabiqə şərtini ödəyənlərin sayı isə Azərbaycan Kooperasiya Universitetindəki imtahanda iştirak edən və binadan kənarda baş vermiş yanğınla əlaqədar təxliyə olunan abituriyentlər üçün sabah keçiriləcək yeni imtahandan sonra məlum olacaq.  
 
Qeyd edək ki, müsabiqə şərtləri ilə əlaqədar Təhsil Nazirliyinin 13.07.2017-ci il tarixli məktubuna əsasən 2017/2018-ci tədris ili üçün bəzi ali təhsil müəssisələrində müəyyən ixtisaslar üzrə ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur) abituriyentlərin buraxılması da nəzərdə tutulub.  
 
Xatırladaq ki, bu il II ixtisas qrupu üzrə 12 924 qəbul planı ayrılıb, onlardan 9549-u Azərbaycan, 1375-i rus, 2000-i isə birgə bölmələrin müsabiqəsi üçün nəzərdə tutulub. Qəbul planından 2086-sı dövlət sifarişli yerlərin payına düşür. II ixtisas qrupu üzrə iqtisadiyyat ixtisası üçün dövlət sifarişi üzrə ayrılmış 12 yerin müsabiqəsində M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul üçün sənəd vermiş abituriyentlər də iştirak edirlər.  
 
III ixtisas qrupu üzrə 9769 qəbul planı ayrılıb, onlardan 7702-si Azərbaycan, 1060-ı rus, 1007-si isə birgə bölmələrin müsabiqəsi üçün nəzərdə tutulub. Qəbul planından 2265-i dövlət sifarişinin payına düşür. III ixtisas qrupu üzrə filologiya ixtisası üçün dövlət sifarişi üzrə ayrılmış 30 yerin müsabiqəsində M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul üçün sənəd vermiş abituriyentlər də iştirak edirlər.  
 
Dövlət sifarişinin yerinə yetirilməsində dövlət ali məktəbləri ilə bərabər özəl ali məktəblər də iştirak edir. Hər bir qrup üzrə ixtisasların müsabiqəsində yalnız tələb olunan müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər.  
 
Bütün ixtisas qrupları üzrə iyulun 29-dan avqustun 10-dək internet vasitəsilə aparılacaq. Müsabiqəyə yalnız həmin müddətdə ixtisasları seçib öz elektron ixtisas seçimi ərizələrinə daxil edərək təsdiq etmiş abituriyentlər buraxılacaq.  
 
I və IV ixtisas qrupları üzrə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılır.  
 
II və III ixtisas qrupları üzrə isə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılır.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Mazolu bir gündə sağaldan

Mazolu bir gündə sağaldan

21 Avqust 2017 18:02
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08