Xəyanət edən ərini öldürtmək üçün iki muzdlu qatil tutdu - FOTO
Dünya
26 İyul 2017 14:34

Xəyanət edən ərini öldürtmək üçün iki muzdlu qatil tutdu - FOTO


İstanbulda yaşayan 3 uşaq anası Nuriyyə Demir iddiaya görə onu aldatdığını düşündüyü həyat yoldaşı Əziz Demiri qorxudub yaralamaqları üçün Diyarbəkirdə 10 min lirə qarşılığında 2 şəxslə razılığa gəlib.

Milli.Az Hürriyet-ə istinadən xəbər verir ki, hadisə günü Nuriyyə Demir uşaq bezi almaq bəhanəs ilə marketə göndərdiyi ərini, evin eyvanından çöldə gözləyən muzdlu qatillərə göstərib. Qatillər Əziz Demiri görüncə atəş açıblar. Nuriyyə Demir silah səslərindən sonra aşağı enib, ağır yaralı ərinin üzərinə yıxılaraq, göz yaşları axıdıb. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası müdaxilələrinə baxmayaraq Əziz Demirin həyatını xilas etmək mümkün olmayıb.

İstintaq əməliyyatı sonrası şübhəli cinayətə vasitəçilik edən Özkan Gözəl, silahdan atəş açan şəxsin İ.Y., qətl hadisəsini planlaşdıran - mərhumun həyat yoldaşı Nuriyyə Demir saxlanılıb.

Toplanan dəlillərdən sonra Nuriyyə Demir ilə birgə daha 5 nəfər nəzarətə götürülüb. Sorğuları tamamlanan 6 şübhəli prokurorluğa aparılıb. Məhkəməyə çıxarılan 6 şübhəlinin ikisi sərbəst buraxılarkən Nuriyyə Demir, hadisəyə vasitəçilik etdikləri ortaya çıxan Özkan Gözəl və Həmdullah Yiğit həbs olunub.

Məhəmməd Vaqif

Milli.Az


loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 20 fevral

Astroloji proqnoz - 20 fevral

20 Fevral 2018 00:03
Astroloji proqnoz - 21 fevral

Astroloji proqnoz - 21 fevral

21 Fevral 2018 00:18
Astroloji proqnoz - 15 fevral

Astroloji proqnoz - 15 fevral

15 Fevral 2018 00:08
Astroloji proqnoz - 16 fevral

Astroloji proqnoz - 16 fevral

16 Fevral 2018 00:08
Astroloji proqnoz - 18 fevral

Astroloji proqnoz - 18 fevral

18 Fevral 2018 00:13
Neft bahalaşdı

Neft bahalaşdı

15 Fevral 2018 09:18
Astroloji proqnoz - 17 fevral

Astroloji proqnoz - 17 fevral

17 Fevral 2018 00:08
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08