89 yaşlı neft maqnatı ilə 26 yaşlı pul ovçusunun qəribə toyu: Buşu da işə salmışdı - FOTOLAR
Digər
26 İyul 2017 14:48

89 yaşlı neft maqnatı ilə 26 yaşlı pul ovçusunun qəribə toyu: Buşu da işə salmışdı - FOTOLAR


Monro kimi yaşamaq

Anna Nikol uşaqlığını xatırlamağı sevmirdi. Atası o doğulmazdan əvvəl anasını atıb getmişdi. Anası isə polis işçisi idi. Bəzən günün bütün hissəsini işdə keçirir, qızına zaman ayıra bilmirdi. Yaxınları Annanı Viki deyə çağırırdılar.

Viki vaxtından tez böyümüşdü. O, evi yığışdırır, yeməyini hazırlayır, gecələr isə özünə nağıllar danışardı. Bu tənhalığın içində onun tutunduğu bir nəfər vardı. Mərhum aktrisa, milyonların xəyalı olan Merilin Monro...

Balaca Viki həyat ilahəsinin dünyadan köçdüyünü yaxşı bilirdi. Lakin çox vaxt yuxularında Monronun onun anası olduğunu görürdü. Bəzən isə özünün Merilin olduğu ilə bağlı xəyallara qapılırdı.

Viki məktəbin 8 ilini bərbad qiymətlərlə başa vurduqdan sonra iş axtarışına çıxdı. Kafelərin birində qabyuyan olaraq işə başladı. Tezliklə kafenin aşpazı Billi Smitlə ailə qurdu. Gənc cütlüyün Daniel adlı oğlu dünyaya gəldi.

Vikinin qəlbindəki Hollivud xəyalları, şan-şöhrət arzusu sönmürdü. Odur ki, 2 illik ailə həyatından sonra ərindən gizlin Hyuston şəhərinə qaçdı. Burada o, nəyin bahasına olursa-olsun, Merilin Monro kimi məşhur sima olacağına söz verdi.

Viki anlayırdı ki, zahirən əfsanəvi aktrisaya bənzəmir. Odur ki, plastik əməliyyata pul toplayıb, xarici görünüşünü tam dəyişdirmək lazım idi. Öz hündür boyuna nifrət edirdi. Çünki, Merilinin bəstəboy olduğu haqda məlumatı var idi.

Əməliyyat üçün pul toplamaq elə də asan deyildi. Bunun üçün kifayət qədər böyük məbləğ tələb olunurdu. O, gecə klublarının birində striptizçi kimi işləməyə başladı. İlk gəlirinə isə sinəsinə implant qoydurdu. Bu artıq Merilinə 1 addım daha yaxın olmaq demək idi.

Milyonçu və striptizçi qız

Sinəsini böyütməyinə rəğmən Vikini izləməyə gələn əks cins nümayəndələri olduqca az idi. Odur ki, klubun direktoru onu gündüz növbəsinə keçirməyə qərar verir. Məhz bu fakt Vikinin həyatını kökündən dəyişir.

Amerikanın ən varlı neft maqnatlarından biri 85 yaşlı Ceyms Hovard Marşal gecələr əyləncə məkanlarını ziyarət etmək üçün çox yaşlı idi. Lakin milyonçu öz zövqündən geri qalmaq istəmirdi. Odur ki, günortalar klublara gedir, striptizçi qızları izləyirdi. Günlərin bir günü maqnat Vikinin çıxış etdiyi kluba təşrif buyurur. Vikinin qüsursuz vücudu yaşlı kişini özünə elə cəlb edir ki, nəyin bahasına olursa-olsun onunla evlənməyə qərar verir.

Ceyms tanrının Vikiyə yolladığı şans idi. Nəhayət o öz arzusuna çatmışdı. Bahalı geyimlər, parıltısı göz qamaşdıran zinyət əşyaları, hər gün yenilənən avtomobillər və daha nələr, nələr...

Lakin o bununla kifayətlənmək istəmirdi, üstəlik arzusunu gerçəkləşdirmək üçün bu qədər böyük sərvəti var idi. Puldan gözləri doymayan gənc qadın 90-cı illərin Merilini titulunu qazananadək saysız-hesabsız plastik əməliyyatlar etdirirdi.

1992-ci ildə ona ilk reklam təklifi gəlir. Cins şalvar istehsal edən şirkətin reklamına çəkilən Viki birdən-birə Anna Nikol Smitə çevrilir.

1994-cü ilin iyun ayında 26 yaşlı Anna Nikol 89 yaşlı maqnat Hovard Marşalla ailə qurur. Cütlük özünə təmtəraqlı toy edir. Marşalın ailəsi gənc pul ovçusuna nifrət etsələr də, bunu məharətlə gizlədirdilər. Anna isə əlil arabasında gəzən babası yaşlı ərinə öz cangüdəni ilə xəyanət edirdi.

O filmlərdə çəkilir, realiti şoularda özünü aparıcı kimi sınayırdı. Annanın hesabında çox böyük sərvət var idi. O, inanırdı ki, ölüm belə, pullarını əlindən ala bilməz.

Toydan düz 14 ay sonra qoca maqnat dünyasını dəyişir. Anna kədərli dul qadın rolunu oynamaqdan vaz keçir. Çünki mərhum ərinə qarşı sevgi bəsləmirdi. Onu hiddətləndirən tək şey ögey övladının apardığı ədavət idi. Onlar maqnatın külünü belə iki hissəyə bölürlər.

Maqnatın oğlu ilə Anna arasındakı miras davası bitib-tükənmirdi. Gənc qadın mərhum ərinin sərvətinin yarısını tələb edirdi. Ögey oğlu isə ona yalnız 5 milyon dollar verə biləcəyini qeyd edirdi. Bu pullar kimin üçünsə böyük miras sayıla bilərdi, lakin Annaya görə əhəmiyyətsiz qəpik-quruş idi.

Bu stress, əsəb və saysız əməliyyatlardan sonra Anna bir səhər şişkin bədənlə oyandı. O inana bilmirdi kökəlib, 100 kq olmuşdu.

Yenidən əməliyyat otaqları və kifayət qədər arıqlamış model... 32 yaşında Anna yenidən sürətlə kökəlməyə başladı. O, artıq güzgüyə baxanda özünə nifrət edirdi. Tezliklə spirtli içkilərə, ardından isə narkotikə qurşandı.

İkincı şans

Elə bu çarəsiz anında tale ona ikinci şansı verir. Çimərlik geyimləri şirkəti onu model qismində moda təqdimatına dəvət edir. Gənc qadının cəsarəti hər kəsi heyrətləndirir. Çox keçmir ki, Anna 40 kiloyadək arıqlayıb, karyerasına geri dönür.

Lakin təəssüf ki, narkotik həblərə olan aludəçiliyi onu tərk etmirdi. Anna həkimlərin peşəkarlığı sayəsində bir neçə dəfə ölümdən xilas olur.

Monro kimi ölmək

2006-cı ildə Annanın qatı düşməni, ögey oğlu dünyasını dəyişir. O, nəhayət ki, Marşalın mirasının tək varisi seçilir. Bu hadisə ABŞ-ın həmin dövrdə prezidenti olmuş Corc Buşun Ali məhkəmədən xahişi əsasında baş verir. Həmin ildə Annanın bir qızı dünyaya gəlir. Onu ziyarət edən oğlu Daniel elə həmin gecə bahalı otellərin birində narkotikdən zəhərlənib, dünyasını dəyişir.

Anna oğlunun ölümüdən sonra özünü itirir. Danielin dəfninə bir neçə saat qalmış öz vəkilinə ərə gedir. Bunu Annanın psixoloji sarsıntısı ilə əlaqələndirənlər çoxdur.

Bu hadisədən 5 ay sonra 2007-ci ilin fevral ayında Anna Smit otel otağında narkotik həblərdən istifadə etdiyi zaman dünyasını dəyişir.

Annanın dəfni kraliçaya xas şəkildə baş tutur. Ölkənin bir sıra telekanallarında canlı yayımlanır.

Onu sevənlər: 2Monro kimi yaşamaq istədi, Monro kimi də, öldü” yazılmış böyük plakatlarla sevimli seks simvollarını torpağa tapşırırlar.

Bu gün Anna Nikol Smitin ölümündən 10 il keçəsə də, qalmaqallı gözəlçə haqda şaiyələr hələ də, bitib-tükənmir.

Leyla Sarabi

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Astroloji proqnoz - 19 avqust

Astroloji proqnoz - 19 avqust

19 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13