Trampın prezidentlik yolunu açan Putin...
Dünya
26 İyul 2017 15:22

Trampın prezidentlik yolunu açan Putin...


ABŞ prezidenti Donald Trampın kürəkəni və baş müşaviri Cared Kuşner prezident seçkiləri kampaniyası və ondan sonrakı dövrdə Rusiya rəsmiləri ilə görüşdüyünü etiraf edib.

Metbuat.az-ın məlumatına görə, Kuşner Senatın Kəşfiyyat komitəsində bağlı qapılar arxasında keçirilən dinləmədən və Konqresin Nümayəndələr Palatasının komitəsi qarşısında ifadə verməzdən öncə 11 səhifədən ibarət bəyanat açıqlayıb.

Qeyd edək ki, Konqresin hər iki komitəsi Rusiyanın keçən il ABŞ prezident seçkilərinə müdaxiləsi ilə bağlı təhqiqat aparır.

"Məsələdə Trampın kürəkəninin adının hallanması ABŞ elitasının məsələnin mahiyyətini düzgün anlamamasından xəbər verir".

Bu sözləri Metbuat.az-a açıqlamasında politoloq Mübariz Əhmədoğlu bildirib.

“Ortada ABŞ və Rusiya xüsusi xidmət orqanlarının bir-birinə qarşı apardığı fəaliyyət var. Hər iki dövlətin kibertəhlükəsizlik imkanları xeyli güclüdür. Baş verənlər ABŞ-ın siyasi elitasının keyfiyyətsiz, yetərsiz olduğunun göstəricisidir. ABŞ-da elə təəssürat yaranıb ki, prezident seçkiləri kompaniyası hələ də davam edir. Elita hələ də seçki kompaniyasındakı fikirlərini davam etdirir. Trampın kürəkəninin adının bu məsələlərdə hallanması da bunun bariz nümunəsidir. Trampın ətrafındakı digər adamların da adı bu məsələ ilə bağlı çəkilməyə başlanacaq. Bu o deməkdir ki, sabah dünyanın başqa ölkələrində də oxşar hallar baş versə, ABŞ siyasi elitası məsələnin mahiyyətini düzgün anlamayacaq və səhv qərar qəbul edəcək”.

Şimali Koreyanın fantastik raketlərinin sirri - Kim Çen In necə gücləndi?-Oxumaq  üçün tıkla

Aytən Novruzova / Metbuat.az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 15 avqust

Astroloji proqnoz - 15 avqust

15 Avqust 2017 00:13
Adriana Limadan şok etiraf

Adriana Limadan şok etiraf

10 Avqust 2017 15:02
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13