"Sheriff"in hücumçusu: "Yəqin cavab matçında da bu taktika ilə oynayarıq"
İdman
26 İyul 2017 15:34

"Sheriff"in hücumçusu: "Yəqin cavab matçında da bu taktika ilə oynayarıq"


"Qarabağ" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində evdə Moldovanın "Şerif" klubu ilə bacarmayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, qolsuz yekunlaşan  matçdan sonra Tiraspol təmsilçisinin futbolçuu Ziquy Badibanqa jurnalistlərin suallarını cavablandırıb:

"Əks-hücumlarda oynadıq. Yaxşı təsir bağışladıq. Bizim çox şansımız olmadı. Qapıçımız Zvonimir Mikoliç yaxşı təsir bağışladı. Cavab matçı üçün yaxşı nəticədir".

- Bu matçda daha çox müdafiəyə fikir verdiniz. Beşli müdafiə ilə çıxış etdiniz. Tiraspoldakı qarşılaşmada açıq, yoxsa qapalı futbol oynayacaqsınız?
- Bu taktika ilə uduzmadıq. "Qarabağ" yaxşı komandadır. Rəqibimizə qarşı yəqin cavab matçında da bu taktika ilə oynayarıq.

- Azarkeşlərin yaratdığı atmosfer barədə nə deyərdiniz?
- Çox yaxşı idi, fantastik!

- Belə bir şey sürpriz olmadı?
- Mənim "Anderlecht"də birgə çıxış etdiyim Reynaldo "Qarabağ"ın sabiq futbolçusu olub. O, mənim dostumdur. İki həftə əvvəl "facebook"da yazdım və o, mənə azarkeşlərin möhtəşəm olduğunu demişdi.
 
- "Qarabağ"ın oyunları haqda nəsə demədi?
- Oyun sirri barədə heç bir söhbətimiz olmadı. O, ancaq azarkeşlərdən və möhtəşəm atmosferdən bəhs etdi.
 
- Cavab matçında kim şanslıdır?
- Bilirik ki, çətin olacaq. Əgər istədiyimiz kimi oynasaq, inanıram ki, biz qalib gələcəyik.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08