Saatlıda qəbiristanlığı parka çevirdilər - VİDEO - FOTO
Ölkə
26 İyul 2017 15:54

Saatlıda qəbiristanlığı parka çevirdilər - VİDEO - FOTO


Saatlı rayonu Hacıqasımlı kənd sakini Vaqif Həsənov 10 ildən artıqdır ki, kənd qəbiristanlığına qulluq edir.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, gününün böyük hissəsini bu məkanda keçirən Vaqif dayının əməyi sayəsində 6 hektar ərazisi olan qəbiristanlıq sanki yaşıllıqlarla əhatələnən parkı xatırladır.

Vaqif Həsənov - Sakin: "Səhər-səhər şəxsən 5 tamamdan bura gəlmişəm. Hər səhər də gəlirəm".

Hacıqasımlı kəndinin sakinləri deyir ki, əvvəllər qəbiristanlıq bərbad vəziyyətdə olub. Hər tərəfi kol-kos, digər yabanı bitkilərlə əhatələnən bu əraziyə vəhşi heyvanların, əqrəblərin və zəhərli sürünənlərin əlindən girmək mümkün olmayıb. Onların bir neçə il ərzində həll edə bilmədikləri bu problemi Vaqif Həsənov qısa müddətdə aradan qaldırmağı bacarıb. O, hətta qazılan məzarlardan su çıxma məsələsinin də həllinə nail olub.

200 ildən çox yaşı olan bu qəbiristanlıqda 4 mindən artıq müxtəlif növ ağac və gül kolları əkən Vaqif Həsənov təmənnasız gördüyü bu işləri özünə mənəvi borc hesab edir.

Vaqif Həsənov - Sakin: "Burada çalışmağım böyük bir savabdır. Atam üçün, axirətim üçün, ruhum üçün. Mən də sabah dünyamı dəyişəcəm. Ayağım nə qədər yer tutur buradan mən əl çəkməyəcəm".

Vaqif Həsənovun yeganə istəyi qəbiristanlıqda gördüyü işlərin ondan sonra da davam etdirilməsidir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:







loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 13 yanvar

Astroloji proqnoz - 13 yanvar

13 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 20 dekabr

Astroloji proqnoz - 20 dekabr

20 Dekabr 2017 00:13
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 21 dekabr

Astroloji proqnoz - 21 dekabr

21 Dekabr 2017 00:08
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08