Son illərdə daimi yaşamaq üçün Azərbaycana gələn və gedənlərin sayı məlum olub
Ölkə
26 İyul 2017 16:21

Son illərdə daimi yaşamaq üçün Azərbaycana gələn və gedənlərin sayı məlum olub


Bakı. 26 iyul. REPORT.AZ/ 1990-cı illə müqayisədə ötən illərdə əhalinin beynəlxalq miqrasiyası arasında kəskin fərq qeydə alınıb.
"Report" Azərbaycan Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 1990-cı ildə ölkəyə daimi yaşamaq üçün gələnlər 84,3 min nəfər, həmin il ölkədən daimi yaşamaq üçün gedənlər isə 137,9 min nəfər olub. 1991-ci ildə gələnlər 66,3 min nəfər, gedənlər 106,4 min nəfər təşkil edib.
1995-ci ildə ölkəyə gələnlər 6,2 min nəfər, gedənlər isə 16,0 min nəfər təşkil edib.
2000-ci ildə gələnlər 4,4, gedənlər 9,9 min nəfər, 2005-ci ildə gələnlər 2,0 min, gedənlər 2,9 min, 2010-cu ildə gələnlər 2,2 min nəfər, gedənlər 0,8 min nəfər təşkil edib.
2015-ci ildə ölkəyə daimi yaşamaq üçün gələnlərin sayı 2010-cu illə müqayisədə gələnləri daha çox üstələyib. Belə ki, qeyd olunan il ölkəyə daimi yaşamaq üçün gələnlərin sayı 2,7 min nəfər, gedənlər isə 1,6 min, 2016-cı ildə isə yaşamaq üçün gələnlərin sayı 3,2 min nəfər, daimi yaşamaq üçün gedənlərin sayı isə 1,7 min nəfər təşkil edib.
Ümumiyyətlə, 1990-cı ildən 2017-ci ilə qədər ölkəyə daimi yaşamaq üçün 283,6 min nəfər gəlib. Bu müddət ərzində daimi yaşamaq üçün ölkədən gedənlərin sayı isə 453,8 min nəfər olub. 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08