Bir bakal araq içən taksi sürücüsü danışdı
Ölkə
26 İyul 2017 16:32

Bir bakal araq içən taksi sürücüsü danışdı


Bir dəfəyə pivə bakalı ilə dolu arağı içən, sosial medianın son günlər ən çox müzakirə etdiyi şəxslərdən biri - Cəfər Abbasov Metbuat.az-ln suallarını cavablandırıb.

Sözügedən müsahibəni təqdim edirik:

- Nə qədər pula görə mərcə girdiniz?

- İçkini pula görə içməmişəm. O pula görə dəymir daxili orqanlarını yandırmaq. Dostlar arasında mərc etdik və qalib gəldim.

- Bu hərəkəti birinci dəfə edirsiniz?

- Bəli, birinci dəfə idi.

- Sonradan sağlamlığınızda hansısa bir problem yarandı?

- Xeyr.

- Bəs, həmin anda sağlamlığınız haqqda düşünmədiniz?

- Xeyir, o barədə heç vaxt qorxum olmayıb.

- Bu hərəkətinizin gənclərə pis nümunə kimi göstəriləcəyindən narahatlıq hissi keçirmirsiniz?

- Əlbəttə ki, doğru deyil. Yəni, mən heç videonun yayılmağını da istəmirdim. Sadəcə olaraq, bu, dostlar arasında olan bir şey idi. Onlar videonu çəkib, məndən xəbərsiz paylaşıblar. Mən bunu özümə fəxr saymıram.

- Videoda içkini içməzdən öncə “Ya Allah” deyirsiniz. Sizin bu hərəkətiniz sərt şəkildə tənqid edildi...

- Allahın adı ilə pis iş görmməmişəm. Xeyirlə şər dostdur. Mən hər dəfə yola çıxanda “Ya Allah” deyirəm. Özüm Bakı-Qazax istiqaməti üzrə taksi işlədirəm.

- Bundan sonra bu cür mərcləri təkrarlayacaqsınız?

- Yox, yox...

- Kiminsə bu hərəkəti etməsini tövsiyyə edirsiniz?

- Xeyir. Mən bu hərəkəti etməyi heç kimə tövsiyyə etmirəm.


Nişanı qayıtmış qızla oğlanın anasının "WhatsApp" yazışması - "Ətirin pulunu göndər..." – OXUMAQ ÜÇÜN TIKLAYIN!

Xəyalə Məmmədova / METBUAT.AZ 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Avqustun 21-nə olan

Avqustun 21-nə olan

21 Avqust 2017 00:22