Azərbaycan Mərkəzi Bankı 50 mln. manatlıq not yerləşdirib
İqtisadiyyat
26 İyul 2017 16:51

Azərbaycan Mərkəzi Bankı 50 mln. manatlıq not yerləşdirib


Bakı. 26 iyul. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100358S saylı dövlət qeydiyyatından keçmiş. ümumi həcmi 50 mln. manat, hər birinin nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
“Report” BFB-yə istinadən xəbər verir ki, hərraca 7 investor 9 sifariş təqdim edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 127 709 200 manat olub.
Sifarişlər 99,2278 manat (10,01%) qiymətlə təqdim olunub. Elə notların rəqabətli sifarişlər üzrə kəsmə və orta ölçülmüş qiymətini də bu qədər olmaqla AMB müəyyən edib.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar bu gün həyata keçirilib. Notların nominal üzrə reallaşdırılmış həcmi 50 mln. manat məbləğində müəyyən edilib.
Qiymətli kağızların ödəmə tarixi 23.08.2017-ci ildir.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08