Ukrayna "Antonov" konsernini payızda ləğv edəcək
Dünya
26 İyul 2017 17:36

Ukrayna "Antonov" konsernini payızda ləğv edəcək


Bakı. 26 iyul. REPORT.AZ/ Ukrayna hökuməti "Antonov" konsernini payızda ləğv edəcək.
"Report"un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə hökumətin qərarında deyilir.
Sənəddə vurğulanır ki, üç aydan sonra Ukraynanın iqtisadi inkişaf və ticarət nazirinin müavini Yuri Brovçenkonun başçılıq etdiyi komissiya konsernin ləğvetmə balansını Nazirlər Kabinetinə təqdim etməlidir.
"Antonov"un ləğv olunması barədə qərar 2016-ci ilin əvvəlində qəbul olunub. Belə ki, konserni təşkil edən üç müəssisə onun tərkibindən çıxaraq "Ukroboronprom" konserninə daxil edilib.
Xatırladaq ki, iqtisadi əməkdaşlıq məsələləri üzrə Azərbaycan-Ukrayna birgə hökumətlərarası komissiyasının 11-ci iclası çərçivəsində Azərbaycanda "An-178" tipli 12-15 təyyarənin tikintisi üzrə istehsalat xəttinin yaradılması haqqında razılaşma əldə olunub.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08