Bir bakal araq içən taksi sürücüsü: "Allahın adı ilə pis iş görməmişəm..." - VİDEO
Ölkə
26 İyul 2017 17:44

Bir bakal araq içən taksi sürücüsü: "Allahın adı ilə pis iş görməmişəm..." - VİDEO


Bir dəfəyə pivə bakalı ilə dolu arağı içən, sosial medianın son günlər ən çox müzakirə etdiyi şəxslərdən biri - Cəfər Abbasov metbuat.az-ın suallarını cavablandırıb.

Milli.Az sözügedən müsahibəni təqdim edir:

- Nə qədər pula görə mərcə girdiniz?

- İçkini pula görə içməmişəm. O pula görə dəymir daxili orqanlarını yandırmaq. Dostlar arasında mərc etdik və qalib gəldim.

- Bu hərəkəti birinci dəfə edirsiniz?

- Bəli, birinci dəfə idi.

- Sonradan sağlamlığınızda hansısa bir problem yarandı?

- Xeyr.

- Bəs, həmin anda sağlamlığınız haqda düşünmədiniz?

- Xeyr, o barədə heç vaxt qorxum olmayıb.

- Bu hərəkətinizin gənclərə pis nümunə kimi göstəriləcəyindən narahatlıq hissi keçirmirsiniz?

- Əlbəttə ki, doğru deyil. Yəni, mən heç videonun yayılmağını da istəmirdim. Sadəcə olaraq, bu, dostlar arasında olan bir şey idi. Onlar videonu çəkib, məndən xəbərsiz paylaşıblar. Mən bunu özümə fəxr saymıram.

- Videoda içkini içməzdən öncə "Ya Allah" deyirsiniz. Sizin bu hərəkətiniz sərt şəkildə tənqid edildi...

- Allahın adı ilə pis iş görməmişəm. Xeyirlə şər dostdur. Mən hər dəfə yola çıxanda "Ya Allah" deyirəm. Özüm Bakı-Qazax istiqaməti üzrə taksi işlədirəm.

- Bundan sonra bu cür mərcləri təkrarlayacaqsınız?

- Yox, yox...

- Kiminsə bu hərəkəti etməsini tövsiyyə edirsiniz?

- Xeyr. Mən bu hərəkəti etməyi heç kimə tövsiyə etmirəm.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bir bakal araq içən taksi sürücüsü danışdı -

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 fevral

Astroloji proqnoz - 18 fevral

18 Fevral 2018 00:13
Astroloji proqnoz - 13 fevral

Astroloji proqnoz - 13 fevral

13 Fevral 2018 00:08
Astroloji proqnoz - 15 fevral

Astroloji proqnoz - 15 fevral

15 Fevral 2018 00:08
Astroloji proqnoz - 14 fevral

Astroloji proqnoz - 14 fevral

14 Fevral 2018 00:38
Astroloji proqnoz - 16 fevral

Astroloji proqnoz - 16 fevral

16 Fevral 2018 00:08
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08