SOCAR-ın Xarici Təqaüd Proqramı Komissiyasının növbəti iclası keçirilib
İqtisadiyyat
26 İyul 2017 20:11

SOCAR-ın Xarici Təqaüd Proqramı Komissiyasının növbəti iclası keçirilib


Bakı. 26 iyul. REPORT.AZ/ SOCAR-ın xaricdə mütəxəssislərin hazırlanması üzrə Təqaüd Proqramı Komissiyasının növbəti iclası keçirilib.
"Report" Azərbaycan Dövlət Neft Şirkətinə istinadən xəbər verir ki, iclasda SOCAR-ın Xarici Təqaüd Proqramı çərçivəsində Böyük Britaniyanın Heriot-Watt Universitetində neft-qaz mühəndisliyi ixtisası üzrə magistr təhsilini başa vurmuş Rəcəb Nəbiyevin hesabat xarakterli təqdimatı dinlənilib. Məzun xaricdə təhsil aldığı ixtisas və ali təhsil müəssisəsi, eləcə də Azərbaycanın təbliği istiqamətində ictimai fəaliyyəti barədə Komissiya üzvlərinə ətraflı məlumat verib. Hesabat dinlənildikdən və komissiya üzvlərinin müzakirələrindən sonra məzuna ixtisasına uyğun müvafiq iş yeri təklif edilib. 
İclasda həmçinin, proqrama müraciət edən 14 nəfər - 11 magistr və 3 bakalavr namizədin Təqaüd Proqramına qəbul olunması məsələsinə də baxılıb. 
Qeyd edək ki, hazırda SOCAR-ın Xarici Təqaüd Proqramı çərçivəsində 23 nəfər təhsilini dünyanın nüfuzlu universitetlərində davam etdirir. Bundan əlavə, 256 nəfər təhsilini başa vuraraq geri qayıdıb, SOCAR-da ixtisaslarına uyğun işlə təmin olunub. 














loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 20 fevral

Astroloji proqnoz - 20 fevral

20 Fevral 2018 00:03
Astroloji proqnoz - 21 fevral

Astroloji proqnoz - 21 fevral

21 Fevral 2018 00:18
Astroloji proqnoz - 15 fevral

Astroloji proqnoz - 15 fevral

15 Fevral 2018 00:08
Astroloji proqnoz - 16 fevral

Astroloji proqnoz - 16 fevral

16 Fevral 2018 00:08
Astroloji proqnoz - 18 fevral

Astroloji proqnoz - 18 fevral

18 Fevral 2018 00:13
Neft bahalaşdı

Neft bahalaşdı

15 Fevral 2018 09:18
Astroloji proqnoz - 17 fevral

Astroloji proqnoz - 17 fevral

17 Fevral 2018 00:08
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08