Qazaxda ağır yol qəzası - VİDEO - FOTO
Ölkə
26 İyul 2017 20:44

Qazaxda ağır yol qəzası - VİDEO - FOTO


Qazaxda ağır yol qəzası baş verib.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb.

"Opel" və "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ"ın sürücüsü Samir Qasımov hadisə yerində dünyasını dəyişib.

Digər avtomobildə olan sürücü 23 yaşlı Elvin İsmayılov və sərnişin 25 yaşlı Elvin Əhmədov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki yaralının vəziyyəti orta ağır qiymətləndirilir. "Opel" sürücüsünün dediyinə görə hadisə ötmə əməliyyatı yerinə yetirərkən baş verib.

Elvin İsmayılov - "Opel"in sürücüsü: "Ötmək istəyirdi, gəlib məni vurdu. Çox sürətli idi. Ayağım qırılıb, bir də qolum".

Faktla bağlı Baş Dövlət Yol Polisində araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Qazaxda ağır yol qəzası - FOTO




loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13