"Android" telefon istifadəçiləri - Diqqətli olun! - VİDEO
Ölkə
26 İyul 2017 22:24

"Android" telefon istifadəçiləri - Diqqətli olun! - VİDEO


Müxtəlif tətbiqlər vasitəsilə telefona yüklənir, telefondakı şəkil, video və digər şəxsi məlumataları bloklayır. Üstəlik, tələb edilən məbləğ ödənilməyəcəyi təqdirdə bu məlumatların digər şəxslərə göndərilməsi ilə hədələyir.

Milli.Az bildirir ki, son günlər "LeakerLocker'' adı verilən virus bütün dünyada geniş şəkildə yayılıb. Bu virusun Azərbaycanda yayılma riski də çox böyükdür. Bunun üçün də ekspertlər android telefon işlədənləri diqqətli olmağa çağırırlar.

İnformasiya texnalogiyaları üzrə mütəxəssis Rövşən Əkbərov bildirir ki, "pley stor"dan tətbiq yükləyən hər bir istifadəçi bunun uzun müddət əvvəl "play stor"a yüklənməsinə diqqət etməli və istifadəsi geniş yayılan proqramlara üstünlük verməlidir.

Əgər yüklənən tətbiq telefondakı şəkil, kontaklar və digər məlumatlara girmək üçün icazə istəyirsə, bundan da imtina etmək lazımdır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi tərəfindən edilən xəbərdarlığa əsasən bu cür hallarla qarşılaşanlar mərkəzin 16-54 "qaynar xətt"inə zəng edə və ya ''team@cert.az '' elektron ünvanına müraciət edə bilərlər. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Mazolu bir gündə sağaldan

Mazolu bir gündə sağaldan

21 Avqust 2017 18:02
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08