Qardaş bacısına 13 bıçaq zərbəsi vurdu - Bakıda
Digər
26 İyul 2017 23:05

Qardaş bacısına 13 bıçaq zərbəsi vurdu - Bakıda


Bakıda qardaş bacısını bıçaqlayıb. APA-nın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində, Məmmədəli Şəridli küçəsində baş verib.

 

1990-cı il təvəllüdlü Alıyeva Tahirə Barat qızı yaşadıqları evdə qardaşı ilə mübahisə edib. Mübahisə qanlı sonluqla bitib. Qardaş bacısının baş və boyun nahiyələrinə 13 bıçaq zərbəsi vurub. Nəticədə 27 yaşlı qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, vəziyyəti stabil-ağırdır.

 

Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi başlanıb. Hadisəni törədən şəxs saxlanılıb. İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13