Sığorta şirkəti öhdəliyini yerinə yetirmir: Vətəndaş sığorta pulunu ala bilmir - VİDEO
Ölkə
26 İyul 2017 23:14

Sığorta şirkəti öhdəliyini yerinə yetirmir: Vətəndaş sığorta pulunu ala bilmir - VİDEO


Bakı sakini Aydın Hüseynov avtomobilinə dəyən ziyanı sığorta şirkətindən ala bilmir. Milli.Az bildirir ki, zərərçəkənin sözlərinə görə, iyul ayının 12-də Bakı-Sumqayıt yolunda qarşı tərəfin səhvi ucbatından avtomobili yararsız hala düşüb.

Qəza zamanı hadisə yerinə gələn dövlət yol polisinin əməkdaşları da qəzanın sxemini tərtib edərək günahın qarşı tərəfdə olduğunu təsdiqləyiblər. Baxmayaraq ki, hadisə yerində hər iki tərəf razılığa gəlib, amma sonradan digər avtomobili sığortalayan şirkət dəymiş ziyanı ödəməkdən imtina edib.

Sürücü deyir ki, sığorta şirkəti nə qəza zamanı, nə də ondan sonra onun avtomobilinə baxmayıb. Sadəcə avtomobilin şəkillərini vhatsapp vasitəsilə qəbul edərək özlərindən qiymətləndirmə ediblər. Aydın Hüseynov isə sığortanın onun üçün ayırdığı bu məbləğin dəyən ziyanın heç 4-də biri qədər olmadığını deyir.

Hüquqşünaslar isə belə bir vəziyyətdə vətəndaşın sığorta şirkətini məhkəməyə verməyə tam hüququ çatdığını deyirlər. Belə ki, sığorta şirkəti hadisə yerinə gəlmədən sadəcə fotoşəkillərlə ekspert rəyi verərək dəyən ziyanı təyin edə bilməz və istənilən halda zərəçəkən ona dəyən ziyanın 5 min manata qədər olan hissəsini tələb edə bilər. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Sığorta şirkəti öhdəliyini yerinə yetirmir: Vətəndaş sığorta pulunu ala bilmir

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 20 avqust

Astroloji proqnoz - 20 avqust

20 Avqust 2017 00:08
Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13