Çempionlar Liqasında III təsnifat mərhələsinin daha 9 oyunu keçirilib
İdman
27 İyul 2017 1:06

Çempionlar Liqasında III təsnifat mərhələsinin daha 9 oyunu keçirilib


Bakı. 27 iyul. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasında III təsnifat mərhələsinin qalan 9 ilk oyunu keçirilib.
"Report"un məlumatına görə, postsovet məkanı təmsilçiləri eyni hesablı qələbə qazanıblar.
"Astana" Qazaxıstanda Polşa "Legiya"sını, Kiyev "Dinamo"su Ukraynada İsveçrə "Yanq Boyz"unu yenib. Türkiyə təmsilçisi "Başakşehir" isə Belçikada "Brügge" ilə qarşılaşmanın əvvəllərində 2 top fərqi ilə geri düşsə də, sonda əzmkar heç-heçəyə nail olub.
İlk oyun günündə "Qarabağ"la Moldova "Şerif"i arasındakı matçda olduğu kimi, yenə bir oyun qolsuz yekunlaşıb. Əvvəlki mövsümlərdə "Qarabağ"la üz-üzə gəlmiş Şotlandiya "Seltik"i ilə Norveç "Rusenborq"u arasındakı görüşdə hesab açılmayıb.
Çempionlar Liqası, III təsnifat mərhələsi, ilk oyunlar
26 iyul
18:00. "Astana” (Qazaxıstan) – "Legiya” (Polşa) - 3:1
Qollar: Junior Kabananqa, 36. İvan Mayevski, 45. Patrik Tvumasi, 90+4 - Armando Sadiku, 79
20:30. "Dinamo” (Kiyev, Ukrayna) – "Yanq Boyz” (İsveçrə) - 3:1
Qollar: Andrey Yarmolenko, 15. Dyömersi Mbokani, 34. Denis Qarmaş, 90+3 - Kristian Fassnaxt, 90+1
20:45. "Zalsburq” (Avstriya) – "Riyeka” (Xorvatiya) - 1:1
Qollar: Hi-Çan Hvanq, 49 - Mario Qavranoviç, 30
21:00. "Hapoel” (Beer Şeva, İsrail) – "Ludoqorets” (Bolqarıstan) - 2:0
Qol: Antoni Nvakaeme, 19. Mixael Ohana, 79
22:00. "Vitorul” (Rumıniya) – APOEL (Kipr) - 1:0
Qol: Kristian Qanya, 75
Qırmızı vərəqə: George Tukudyan, 90+3 ("Vitorul")
22:20. "Maribor” (Sloveniya) – "Hafnarfyordur” (İslandiya) - 1:0
Qol: Tavares, 54
22:45. "Seltik” (Şotlandiya) – "Rusenborq” (Norveç) - 0:0
22:45. "Nitsa” (Fransa) – "Ayaks” (Hollandiya) - 1:1
Qollar: Mario Balotelli, 32 - Donni van de Bek, 49
23:00. "Brügge” (Belçika) – "Başakşehir” (Türkiyə) - 3:3
Qollar: Emmanuel Bonaventure, 6. Stefano Densvil, 16; 79 - Mossoro, 59; 74. Elyero Elia, 64
25 iyul
"Qarabağ” (Azərbaycan) – "Şerif” (Moldova) - 0:0
"Slaviya” (Praqa, Çexiya) – BATE (Belarus) - 1:0
Qol: Milan Şkoda, 20-penalti ilə
Qırmızı vərəqə: Yevgeni Yablonski, 19 (BATE)
AEK (Yunanıstan) – MOİK (Moskva, Rusiya) - 0:2
Qollar: Alan Zaqoyev, 45+1. Pontus Vernblum, 56
"Styaua” (Rumıniya) – "Viktoriya” (Plzen, Çexiya) - 2:2
Qollar: Konstantin Budesku, 37. Felipe Teyşeyra, 61 - Mixael Krmençik, 23. Yan Kopik, 53
"Vardar” (Macarıstan) - "Kopenhagen” (Danimarka) – 1:0
Qol: Conatan Balotelli, 65
"Partizan” (Serbiya) – "Olimpiakos” (Yunanıstan) - 1:3
Qollar: Leandre Tavamba, 10 - El Fardu Ben Nabuhane, 6; 56. Emmanuel Emenike, 90+1

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Avqustun 21-nə olan

Avqustun 21-nə olan

21 Avqust 2017 00:22