Fəal "Facebook" istifadəçilərinin sayı cari ilin II rübündə 2 milyardı ötüb
Texnologiya
27 İyul 2017 2:41

Fəal "Facebook" istifadəçilərinin sayı cari ilin II rübündə 2 milyardı ötüb


Bakı. 27 iyul. REPORT.AZ/ "Facebook"un 2017-ci ilin II rübündə gəliri illik ifadədə 45 faiz artaraq 9,32 mlrd. dollar təşkil edib. Bu, mədaxili orta hesabla 9,2 mlrd. dollar proqnozlaşdıran analitiklərin gözləntilərindən çoxdur.
"Report" xəbər verir ki, bu barədə şirkətin məlumatında bildirilir.
Sosial şəbəkənin xalis mənfəəti 71 faiz artaraq 3,9 mlrd. dollara çatıb ki, bu da ötən ilin 2,3 mlrd. dollarına nisbətdə 71 faiz çoxdur.
Səhm üçün korrektə edilmiş mənfəət ötən ilin müvafiq dövrünün 78 senti ilə müqayisədə 1,32 dollar təşkil edib.
Şirkət bəyan edib ki, iyunda gündəlik auditoriya 1,32 mlrd. nəfərə çatıb ki, bu da bir il əvvəlkinə nisbətdə 17 faiz çoxdur. Heç olmasa ayda bir dəfə sosial şəbəkyə daxil olanların sayı da 17 faiz artaraq 2,01 mlrd.-a çatıb.
Cari ilin II rübündə şirkətin reklamdan əldə etdiyi gəlir illik ifadədə 47 faiz artaraq 9,16 mlrd. dollar təşkil edib. Mobil reklamdan gələn gəlir bütün reklam gəlirlərinin 87 fazinə bərabər olub.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 24 yanvar

Astroloji proqnoz - 24 yanvar

24 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 27 dekabr

Astroloji proqnoz - 27 dekabr

27 Dekabr 2017 00:08