Lənkəranda toydan sərxoş qayıdan şəxs qonşularına xəsarət yetirib
Ölkə
27 İyul 2017 3:21

Lənkəranda toydan sərxoş qayıdan şəxs qonşularına xəsarət yetirib


Lənkəran. 27 iyul. REPORT.AZ/ Lənkəran rayonunun Sinovli kəndində keçirilən toy mərasimindən sonra 3 nəfərin xəsarət alması ilə nəticələnən dava baş verib.
"Report"un Cənub bürosu xəbər verir ki, həmkəndlilər arasında düşən dava zamanı 45 yaşlı Mehrəliyev Daşqın Barat oğlu və 24 yaşlı Mehrəlizadə Ruslan Adil oğlu döyülərək baş və bədən nahiyələrindən müxtəlif dərəcəli xəsarətlər alıblar.
Xəsarət alan şəxslər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq onlara tibbi yardım göstərilib.
Zərərçəkmiş D.Mehrəliyev bildirib ki, Ramin Hüseynov ad-soyadlı həmkəndliləri qonşuluqda keçirilən toy mərasimindən içkili vəziyyətdə qayıdaraq küçədə nalayiq ifadələr işlədib. İrad bildirdikdə isə Ramin yerdən daş götürərək D.Mehrəliyevə xəsarət yetirib. Ardınca D.Mehrəliyevlə bir yerdə olan qohumu R.Mehrəlizadə də davaya qoşulub. Davadan sonra onun bədən və kürək nahiyələrində dişləmə nəticəsində didilmiş yaralar aşkar edilib.
Hadisə şahidlərinin sözlərinə görə, qarşı tərəf də xəsarət alıb, lakin xəstəxanaya müraciət etməyib. İnsidentlə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verilib.
Faktla bağlı araşdırma başlanıb.



loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 avqust

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13