ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edir
Digər
27 İyul 2017 5:27

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edir


ABŞ senatorları Rusiya, İran və Şimali Koreyaya dair sanksiyaların genişləndirilməsini nəzərdə tutan qanun layihəsi üzrə razılığa gəliblər.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu respublikaçı-senator Bob Korker bəyan edib.

 

Onun sözlərinə görə, yeni sanksiyalar paketi artıq bu həftə qəbul oluna bilər.

 

Qəbul edilə biləcək yeni sanksiyalar 2014-cü ildən indiyədək Rusiyaya qarşı tətbiq edilən sanksiyalar paketindən daha miqyaslı və kompleksli ola bilər.   Qanun layihəsində yer alan bəndlərdən biri sanksiyaları yumşaltmazdan və ya ləğv etməzdən əvvəl prezidentə bu cür qərarları əvvəlcədən Konqreslə razılaşdırmağı məcbur edir.   Bundan əvvəl bu tip tədbirlər prezidentin fərmanı və ya Maliyyə Nazirliyinin müvafiq qərarları ilə tətbiq edilirdi.

 

Qeyd edək ki, ötən gün ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiya, İran və Şimali Koreya əleyhinə sanksiyalar üzrə qanun layihəsi qəbul edib.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Astroloji proqnoz - 20 avqust

Astroloji proqnoz - 20 avqust

20 Avqust 2017 00:08