Paytaxtda yeni yaşayış massivləri telefonlaşdırılır
Texnologiya
27 İyul 2017 6:33

Paytaxtda yeni yaşayış massivləri telefonlaşdırılır


Bakı Telefon Rabitəsi MMC (“Baktelecom”) rabitə infrastrukturu olmayan ərazilərdə kabelləşdirmə işlərini davam etdirir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Publika.az-a verilən məlumata görə, artıq Maştağa qəsəbəsinin Muşalan yeni yaşayış massivi və Nardaran qəsəbəsinin Ləhiş bağlarında məskunlaşan sakinlərin telekommunikasiya xidmətlərinə olan tələbatı tam ödənilib.

Belə ki, hər iki ərazi üzrə ümumilikdə tutumu 2728 nömrə olan və 352 portlu genişzolaqlı avadanlıqlar quraşdırılaraq abunəçilərin istifadəsinə verilib.

“Baktelecom” tərəfindən adıçəkilən ərazilərdə tikilən yeni ATS-lərdə şəbəkənin istismarı üçün optik kabellər çəkilib. Müasir texnologiyalar əsasında aparılan kabelləşdirmə işləri fasiləsiz və dayanıqlı rabitə xidmətləri ilə təchizata imkan verir.

Yaxın zamanda Sabunçu Telefon Qovşağının xidməti ərazisi üzrə rabitə infrastrukturu olmayan digər yaşayış massivləri də multimedia xidmətləri ilə təmin olunacaq. Artıq istismar müddəti bitmiş və zavod istehsalatı dayandırılmış qurğuşun qoruyucu qatlı kabellər zədəyə davamlı xüsusi örtüklü, müasir standartlara cavab verən optik kabellərlə əvəz edilir.




loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08
Avqustun 21-nə olan

Avqustun 21-nə olan

21 Avqust 2017 00:22