Elastik “Lenovo” planşeti göstərildi - VİDEO
Maraqlı
27 İyul 2017 7:24

Elastik “Lenovo” planşeti göstərildi - VİDEO


Ötən il elastik smartfon və planşet prototipləri nümayiş etdirən Çinin "Lenovo" şirkətinin mühəndisləri bu il "Tech World 2017" konfransında iki hissəyə bölünən işlək planşet kompüter nümunəsinin təqdimatı üzərində çalışıblar. "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğu vəziyyətdən asılı olaraq müxtəlif rejimlər arasında keçid edə bilir.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, "Folio" kod adlı qurğu açılmış vəziyyətdə ekranının təsvir ölçüsü 1920x1440 piksel təşkil edən 7,8 düym diaqonallı planşetdir. Lakin planşeti yarıya böldükdə o, 5,5 düymlü smartfona çevrilir. Bu halda xüsusi mexanizm iki hissəni istənilən bucaq dərəcəsi altında əyməyə imkan verir.
 
Məlumata görə, bükülən planşet bir neçə maraqlı funksiyalar təqdim edir. Məsələn, ekranın hər  yarısında ayrıca proqram işə salmaq mümkündür. Həmçinin, kamera əlavəsini işə salmaqla istifadəçi hətta əsas modulla çəkiliş aparan zaman özünü displeydə görə bilər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Elastik "Lenovo" planşeti göstərildi

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 15 avqust

Astroloji proqnoz - 15 avqust

15 Avqust 2017 00:13
Adriana Limadan şok etiraf

Adriana Limadan şok etiraf

10 Avqust 2017 15:02
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13