Goranboyda 3 nəfərin yaralanması ilə nəticələnən qəza  - FOTO - YENİLƏNİB
Ölkə
27 İyul 2017 8:14

Goranboyda 3 nəfərin yaralanması ilə nəticələnən qəza - FOTO - YENİLƏNİB


Goranboy-Tərtər yolunda baş vermiş qəzanın bəzi təfərrüatları məlum olub.

Milli.Az "Report"a istinadən bildirir ki, qəza təmir işləri görülən avtomobil yolunda baş verib.
Sürücü yol işarələrinə riayət etmədən qadağan olunmuş yolla gedib. Bu zaman dövlət nömrə nişanı "31-BG-207" olan "VAZ-2104" markalı avtomobil yolun kənarında qazılmış xəndəyə düşüb.

26.07.2017
23:08

Goranboy rayonunda avtomobilin aşması nəticəsində xəsarət alanların adları məlum olub.
Milli.Az "Report"a istinadən bildirir ki, bunlar Goranboy rayon Xanqərvənd kənd sakini, 1975-ci il təvəllüdlü Həsənov Ayaz Tofiq oğlu, onun həmkəndlisi 1978-ci il Əliyev Vuqar Hüseyn oğlu və Bakı şəhər Suraxanı rayon sakini, avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü, Əliyev Ramiz Nəsirəddin oğludur.

22:15

Goranboy rayonunda baş vermiş avtomobil qəzasında 3 nəfər ağır xəsarət alıb.
Milli.Az "Report"a istinadən bildirir ki, hadisə axşam saatlarında Goranboy-Tərtər avtomobil yolunun Xanqərvənd kəndindən keçən hissəsində baş verib.
İdarəetmədən çıxan "VAZ-2104" markalı avtomobil yol kənarına aşıb. Nəticədə 3 nəfər ağır xəsarət alıb. Yaralıları yaxınlıqdan keçən taksi sürücüsü öz avtomobililə Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparıb.
Hazırda yaralılara həkimlər tərəfindən tibbi yardım göstərilir. Onların kimlikləri və hadisənin dəqiq səbəbləri Goranboy rayon Polis şöbəsinin əməkdaşları tərəfindən araşdırılır.

Milli.Az





loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Astroloji proqnoz - 20 avqust

Astroloji proqnoz - 20 avqust

20 Avqust 2017 00:08