Yeni hücum tipi yayılıb
Maraqlı
27 İyul 2017 8:24

Yeni hücum tipi yayılıb


Cinayətkarlar "IoT" botnetlərindən ("Əşyalar interneti" sahəsi üzrə qurğuların daxil olduğu xüsusi proqramlar) interneti məhv edən miqyaslı, ağır nəticələrə səbəb olan hücumlar üçün platforma kimi istifadə edə bilərlər.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, "Cisco" şirkətinin ekspertləri 2017-ci ilin birinci rübü üçün informasiya təhlükəsizliyi üzrə hesabatda yeni tip təhlükənin - təşkilatlara sistemlərin və hücumdan sonrakı məlumatların bərpası üçün lazım olan ehtiyat surətləri və təhlükəsizlik sistemlərini (safety net) məhv edə bilən "xidmətin dayandırılması" (destruction of service, DeOS) tipli hücumların yayılmasını qeyd edirlər.
 
Tədqiqatçılar qeyd edir ki, "Əşyalar interneti"nin (Internet of Things, IoT) yaranması ilə əsas sahələrdə əməliyyatların çoxu real vaxt rejiminə keçirilir ki, bu da hücumların üfüqünü genişləndirir, onların miqyasını artırır və nəticələrini çətinləşdirir.
 
"Hücum edənlər şirkətlərin, həm iri, həm də kiçik müəssisələrin fəaliyyətini pozmaq məqsədilə yaxşı düşünülmüş hücumlar hazırlayırlar. Onlara biznesin informasiya texnologiyalarının sıfırdan bərpası üzrə ehtiyat plana malik olmaması məlumdur və onlar bu boşluqdan öz maraqları naminə istifadə edirlər", - hesabatda deyilir.
 
"DeOS" hücumlarının mənşəyi barədə ətraflı məlumat verilmir.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13