Bakıda yolu keçmək istəyəni avtomobil vurub
Ölkə
27 İyul 2017 8:34

Bakıda yolu keçmək istəyəni avtomobil vurub


Gecə saatlarında paytaxtın Xəzər rayonunda yolu keçmək istəyən piyadanı avtomobil vurub.

Milli.Az "Report"a istinadən bildirir ki, Maştağa-Buzovna yolunda 35 yaşlı İsmayıl adlı şəxs digər tərəfə keçmək istəyərkən Elxan Mehdiyevin idarə etdiyi "VAZ-21 099" markalı minik avtomobili tərəfindən vurulub.
Piyada ağır xəsarət alıb. Hadisəni törədən sürücü ağır xəsarət alan İsmayılı 3 saylı Şəhər Kliniki Tibbi Mərkəzə çatdırıb. Həkimlər onu əməliyyat etdikdən sonra xəstəxananın Reanimasiya şöbəsinə yerləşdiriblər. Yaralının vəziyyəti ağır olaraq qalır.
Hadisəni törədən sürücü E.Mehdiyev Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08