Elektromobil 800 km məsafə qət edəcək
Maraqlı
27 İyul 2017 9:04

Elektromobil 800 km məsafə qət edəcək


Niderlandın "Lightyear" şirkəti elektrik enerjisi ilə işləyən və günəş enerjisini hərəkət zamanı toplayan "One EV" adlı elektromobil yaradıb.  
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, mütəxəssislərin sözlərinə görə, elektrik avtomobilin sınaqlarının 2018-ci ildə başa çatacağı gözlənilir, bazara çıxarılması isə 2019-cu ilə planlaşdırılır. Günəşli günləri çox olan ölkələrdə yaşayan "One EV" sahibləri ondan aylarla istifadə etməklə kənar enerjidoldurma stansiyasına qoşmayacaqlar. Elektromobilin akkumulyator tutumu 130 kilovat/saat təşkil edir ki, bu da günəş enerjisi toplamadan 644 km məsafəni qət etməyə kifayət edir. Hərəkət zamanı enerji toplamaq imkanı sayəsində isə avtomobil dayanmadan 800 km məsafəni qət edə biləcək. Nəqliyyat vasitəsində istifadə olunacaq akkumulyator batareyalarının tipi barədə məlumat verilməsə də, onların "Tesla" modellərində istifadə edilən batareyalara oxşar olacağı gözlənilir.
 
Bildirilir ki, tam ötürücülü minik avtomobili olan elektromobildə günəş batareyalarının damda və baqajda yerləşdirilməsi planlaşdırılır. Artıq "Lightyear" şirkətinin saytında "One EV" üçün ilkin sifarişlərin qəbuluna başlanılıb. Nəqliyyat vasitəsinin qiyməti 119 min avro və ya 137 min dollar təşkil edir.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Astroloji proqnoz - 19 avqust

Astroloji proqnoz - 19 avqust

19 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13