Avropa Liqasında III təsnifat mərhələsi başlayır
İdman
27 İyul 2017 9:33

Avropa Liqasında III təsnifat mərhələsi başlayır


Bu gün futbol üzrə Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.

Publika.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Pavel Paşayevin yeni komandası "Aleksandriya" "Zirə"ni mübarizədən kənarlaşdırmış Rumıniya "Astra"sının qonağı olacaq.

Bakı "İnter"ini üstələmiş Lüksemburqun "Fola Eş" klubu isə Türkiyənin "Qalatasaray" komandasını keçən "Ostersun"la İsveçdə üz-üzə gələcək.

Ümumilikdə 29 oyun keçiriləcək ki, onlardan biri Yunanıstan "Panatinaikos"u ilə Azərbaycan təmsilçisi "Qəbələ" arasında olacaq.

Avropa Liqası, III təsnifat mərhələsi, ilk oyunlar

20:00. "Mlada Boleslav” (Çexiya) - "Skenderbeu” (Albaniya)

20:30. "Olimpik” (Donetsk, Ukrayna) - PAOK (Yunanıstan)

20:30. "Trakay” (Litva) - "Şkendiya” (Makedoniya)

20:45. "Makkabi" (Təl-Əviv, İsrail) - "Panionios” (Yunanıstan)

21:00. "Suduva” (Litva) - "Syon” (İsveçrə)

21:00. AİK (İsveç) - "Braqa” (Portuqaliya)

21:00. AEK (Kipr) - "Dinamo” (Minsk, Belarus)

21:00. "Utrext” (Hollandiya) - "Lex" (Poznan, Polşa)

21:00. "Ostersun" (İsveç) - "Fola Eş” (Lüksemburq)

21:00. "Şturm” (Avstriya) - "Fənərbağça" (Türkiyə)

21:00. "Krasnodar" (Rusiya) - "Lünqbü” (Danimarka)

21:00. PSV (Hollandiya) - "Osiyek” (Xorvatiya)

21:30. "Bney Yehuda” (İsrail) - "Zenit” (Rusiya)

21:30. "Botev" (Plovdiv, Bolqarıstan) - "Maritimu” (Portuqaliya)

21:30. "Astra” (Rumıniya) - "Aleksandriya" (Ukrayna)

21:30. "Dinamo” (Buxarest, Rumıniya) - "Atletik” (Bilbao, İspaniya)

22:00. "Brondbü” (Danimarka) - "Hayduk" (Split, Xorvatiya)

22:00. "Universtatya” (Krayova, Rumıniya) - "Milan" (İtaliya)

22:00. "Arka” (Polşa) - "Midtyulland” (Danimarka)

22:30. "Srvena Zvezda” (Serbiya) - "Sparta” (Çexiya)

22:30. "Gent” (Belçika) - "Altax” (Avstriya)

22:30. "Bordo" (Fransa) - "Videoton” (Macarıstan)

22:30. "Panatinaikos" (Yunanıstan) - "Qəbələ" (Azərbaycan)

22:45. "Marsel” (Fransa) - "Ostende” (Belçika)

22:45. "Aberdin" (Şotlandiya) - "Apollon” (Kipr)

22:45. "Dinamo” (Zaqreb, Xorvatiya) - "Odd” (Norveç)

23:05. "Frayburq” (Almaniya) - "Domjale” (Sloveniya)

23:05. "Everton” (İngiltərə) - "Rujomberok” (Slovakiya)

23:05. "Austriya” (Avstriya) - AEL (Kipr)

Qeyd edək ki, cavab görüşləri avqustun 3-də keçiriləcək.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Astroloji proqnoz - 20 avqust

Astroloji proqnoz - 20 avqust

20 Avqust 2017 00:08