Suriya sərhədində böyük zəfər
Dünya
27 İyul 2017 9:43

Suriya sərhədində böyük zəfər


Hizbullah terror təşkilatının lideri Şeyx Həsən Nəsrullah Suriya-Livan sərhədində yerləşən Arsal şəhərində və Kalamun bölgəsində cihadçı qruplara qarşı başladılan əməliyyatların “böyük hərbi qalibiyyətə” yaxın olduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, terrorçu lider bölgədəki ən güclü cihad qrupu olan Nüsra cəbhəsinin nəzarətində olan bütün torpaqları itirdiyini deyib.

Əlavə olaraq, tələb edildiyi təqdirdə cihadçı qruplardan alınan torpaqları Livan ordusuna verməyə hazır olduqlarını qeyd edib.

Terror təşkilatı Liviya ordusu ilə birlikdə əməliyyatlar keçirmək istəyini də gizlətmir. Belə ki, Hizbullaha aid bir döyüşçü Arsal şəhəri yaxınlığında Hizbullah və Liviyanı təmsil edən bayraqları yanaşı sancıb.

Əməliyyatlarda iştirak etməyən Liviya ordusu isə Arsal şəhərini qoruyaraq hərəkata dəstək vermək niyyətindədir.

Terror təşkilatının bir sonrakı məqsədi bölgədəki İraq Şam İslam Dövlətinin nəzarətində olan torpaqları almaqdır.

Zümrüd

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Astroloji proqnoz - 20 avqust

Astroloji proqnoz - 20 avqust

20 Avqust 2017 00:08