Yığmamız Andorraya uduzdu
İdman
27 İyul 2017 9:44

Yığmamız Andorraya uduzdu


16 yaşadək basketbolçular arasında Avropa çempionatının C divizionunda qrup mərhələsinin IV turunun oyunları keçirilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Andorrada keçirilən yarışın B qrupunda mübarizə aparan Azərbaycan yığması növbəti oyununa çıxıb.

Elşən Yusubovun yetirmələri meydan sahibləri ilə görüşüb. Gərgin keçən matçda andorralılar qalib gəlib - 67:66. Millimizin heyətində Papuna Kirtadze hamıdan çox 28 xal toplayıb.

İlk turda Monakonu 74:63, ardınca isə Albaniyanı 78:66, ardınca San-Marinonu 90:62 hesabı ilə yenən yığmamız hələlik B qrupunun lideridi. Lakin bir oyun az keçirən andorralılar yığmamızın istirahət etdiyi bugünkü turda 1-ci pilləni ələ keçirə bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Avqustun 21-nə olan

Avqustun 21-nə olan

21 Avqust 2017 00:22