Türk ölkəsi bu ilin sonuna kimi latın əlifbasına keçəcək
Dünya
27 İyul 2017 10:28

Türk ölkəsi bu ilin sonuna kimi latın əlifbasına keçəcək


Qazaxıstanın təhsil naziri Yerlan Saqadiyev ölkədə latın qrafikalı əlifbaya keçidlə bağlı açıqlama verib.

Publika.az xəbər verir ki, nazir qazax dilinə uyğunlaşdırılmış əlifbanın bu ilin sonuna qədər hazır olacağını bildirib.

Bu önəmli layihədə heç bir xətaya yol verməmək üçün olduqca diqqətli və planlı yanaşmanın olduğunu deyən nazir sözlərinə belə davam edib: “Bu il olunacaq tək şey hər kəsin qəbul edə biləcəyi bir əlifbaya keçid etməkdir. Bir neçə əlifba nümunəsi hazılanacaq və dəyərləndiriləcək. Daha sonra latın əlifbasına keçid üçün plan qurulacaq”.

Nazir bu iş üçün xüsusi komissiyanın yaradıldığını qeyd edib.

Zümrüd

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13