12 yaşlı qızı zorladığı üçün 16 yaşlı bacısına TƏCAVÜZ ETDİLƏR: TÜKÜRPƏDƏN HADİSƏ - FOTO
Dünya
27 İyul 2017 10:33

12 yaşlı qızı zorladığı üçün 16 yaşlı bacısına TƏCAVÜZ ETDİLƏR: TÜKÜRPƏDƏN HADİSƏ - FOTO


Pakistanın Multan şəhərində gənc bir kişiyə "intiqam üçün təcavüz etməlisən" əmri verdikləri iddia edilənlər saxlanılıb. Nəzarətə alınanların sayının 20-yə yaxın olduğu bildirilib.

Publika.az bildirir ki, polisdən BBC-yə verilən məlumata görə, tükürpədən hadisə “qurban”ın qardaşı başqa bir qıza təcavüz etdiyi üçün qısas məqsədilə törədilib. Yenə polisdən verilən açıqlamaya görə, “qurbanlar” həm də yaxın qohumdurlar.

Fransa xəbər agentliyi AFP-yə danışan polis rəsmisi Allah Bakş bildirib ki, "Jirga” (Tayfa Şurası) cəza olaraq 16 yaşlı bir qıza təcavüz edilməsi əmri verib. Səbəb odur ki, bu qızın qardaşı da 12 yaşlı bir qıza təcavüz etmişdi.

İlk təcavüzü həyata keçurən adam isə hələ də axtarılır.

BBC-yə danışan mənbələr isə hadisəni yumşaltmağa çalışaraq, "intiqam təcavüzü" əmrini verənlərin “Tayfa Şurası” deyil, iki ailənin bəzi üzvləri olduğunu bildirirlər.

Pakistanda yaşlı tayfa üzvlərindən ibarət icmalar var, bir növ ağsaqqallar şurası olan bu icmaların fəaliyyətləri adətən müxtəlif problemləri “həll etmək” olduğu bildirilir.

Pakistanda 2002-ci ildə də bir tayfa şurası 28 yaşlı Muhtaran Mai adlı qadına kütləvi şəkildə təcavüz edilməsi əmri də vermişdi.

Səbəb eynidir, “intiqam təcavüzü” - Muhtaran Mainin 12 yaşlı qardaşı bundan əvvəl yaşlı bir qadınla cinsi əlaqəyə girməkdə günahlandırılmış və bu səbəbdən onun özü Şuranın fətvası ilə kütləvi şəkildə zorlanmaya məruz qalmışdı.

Mai isə özünə təcavüz edənlərin əleyhinə cinayət davası qaldırmışdı. Amma Pakistan Ali Məhkəməsi məhkum edilən 6 nəfərdən beşinə verilən cəzaları ləğv etmişdi.

Zamanla mühüm insan hüquqları aktivisti olan Mai, Pakistanı tərk etməsi üçün edilən müraciətlərə baxmayaraq, ölkəsini tərk etməyərək kəndində məktəb tikdirmiş, həyat hekayəsi isə 2014-cü ildə Nyu-Yorkda nümayiş etdirilən "Barmaq izi" adlı operaya süjet olmuşdu.

Zaur H.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08