Çempionlar Liqasında III təsnifat mərhələsinin oyunları keçirildi
İdman
27 İyul 2017 10:44

Çempionlar Liqasında III təsnifat mərhələsinin oyunları keçirildi


Çempionlar Liqasında III təsnifat mərhələsinin qalan 9 ilk oyunu keçirilib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Astana" Qazaxıstanda Polşa "Lexiya"sını, Kiyev "Dinamo"su Ukraynada İsveçrə "Yanq Boyz"unu yenib. Türkiyə təmsilçisi "Başakşəhər" isə Belçikada "Brügge" ilə qarşılaşmanın əvvəllərində 2 top fərqi ilə geri düşsə də, sonda əzmkar heç-heçəyə nail olub.

İlk oyun günündə "Qarabağ"la Moldova "Şerif"i arasındakı matçda olduğu kimi, yenə bir oyun qolsuz yekunlaşıb. Əvvəlki mövsümlərdə "Qarabağ"la üz-üzə gəlmiş Şotlandiya "Seltik"i ilə Norveç "Rusenborq"u arasındakı görüşdə hesab açılmayıb.

Çempionlar Liqası, III təsnifat mərhələsi, ilk oyunlar

26 iyul

18:00. "Astana" (Qazaxıstan) - "Legiya" (Polşa) - 3:1

Qollar: Junior Kabananqa, 36. İvan Mayevski, 45. Patrik Tvumasi, 90+4 - Armando Sadiku, 79

20:30. "Dinamo" (Kiyev, Ukrayna) - "Yanq Boyz" (İsveçrə) - 3:1

Qollar: Andrey Yarmolenko, 15. Dyömersi Mbokani, 34. Denis Qarmaş, 90+3 - Kristian Fassnaxt, 90+1

20:45. "Zalsburq" (Avstriya) - "Riyeka" (Xorvatiya) - 1:1

Qollar: Hi-Çan Hvanq, 49 - Mario Qavranoviç, 30

21:00. "Hapoel" (Beer Şeva, İsrail) - "Ludoqorets" (Bolqarıstan) - 2:0

Qol: Antoni Nvakaeme, 19. Mixael Ohana, 79

22:00. "Vitorul" (Rumıniya) - APOEL (Kipr) - 1:0

Qol: Kristian Qanya, 75

Qırmızı vərəqə: George Tukudyan, 90+3 ("Vitorul")

22:20. "Maribor" (Sloveniya) - "Hafnarfyordur" (İslandiya) - 1:0

Qol: Tavares, 54

22:45. "Seltik" (Şotlandiya) - "Rusenborq" (Norveç) - 0:0

22:45. "Nitsa" (Fransa) - "Ayaks" (Hollandiya) - 1:1

Qollar: Mario Balotelli, 32 - Donni van de Bek, 49

23:00. "Brügge" (Belçika) - "Başakşehir" (Türkiyə) - 3:3

Qollar: Emmanuel Bonaventure, 6. Stefano Densvil, 16; 79 - Mossoro, 59; 74. Elyero Elia, 64

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 avqust

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13