Azərbaycan brendi İndoneziya mətbuatında - FOTO
Digər
27 İyul 2017 10:48

Azərbaycan brendi İndoneziya mətbuatında - FOTO


24-26 iyul tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun başçılıq etdiyi nümayəndə heyəti İndoneziyada səfərdə olub.

ASAN-dan Trend-ə verilən məlumata görə, səfər zamanı Dövlət Agentliyi ilə İndoneziyanın İnzibati və Bürokratik İslahatlar Nazirliyi arasında mütərəqqi dövlət xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Azərbaycanın nümayəndə heyətinin İndoneziyaya səfəri, keçirilən görüşlər, İndoneziyanın dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycanın “ASAN xidmət” modelini seçməsi bu ölkənin aparıcı mətbu orqanlarında əsas mövzularından birinə çevrilib və geniş işıqlandırılıb.

İndoneziyanın nüfuzlu mətbu orqanlarında “ASAN xidmət” modeli və onun uğurları xüsusi yer alıb, “ASAN xidmət”in 2015-ci ildə BMT-nin “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında ən yüksək 1-ci yerə layiq görülməsi vurğulanıb.

Bundan başqa, dərc olunmuş məqalələrdə İndoneziya və Azərbaycan əməkdaşlığının əhəmiyyətindən bəhs olunub, imzalanmış Anlaşma Memorandumunun qarşılıqlı əməkdaşlığın inkişafı, xüsusilə də ictimai xidmətlərin təkmilləşdirilməsi sahəsində uğurlu addım olduğu bildirilib.




loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 avqust

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13