Lənkəranda aptekin vitrin şüşələrinin üstünə yıxılan kişi ölüb
Ölkə
27 İyul 2017 11:16

Lənkəranda aptekin vitrin şüşələrinin üstünə yıxılan kişi ölüb


Lənkəran. 27 iyul. REPORT.AZ/ Lənkəranda ölüm hadisəsi baş verib.
"Report"un Cənub bürosunun xəbərinə görə, hələlik kimliyi məlum olmayan 40-45 yaşlarında kişi aptekə gəlib və burada qəfildən vitrin şüşələrinin üstünə yıxılıb. Bu zaman o, çoxsaylı kəsik xəsarətləri alıb.
Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Ölənin şəxsiyyəti müəyyənləşdirilir, fakt üzrə araşdırmalar davam etdirilir.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08