Avropa Şurasının rəhbəri prokurorluğa çağırıldı
Dünya
27 İyul 2017 11:24

Avropa Şurasının rəhbəri prokurorluğa çağırıldı


Avropa Şurasının (AŞ) sədri Donald Tusk Polşada yenidən prokurorluğa çağırılıb.

Milli.Az xəbər verir ki, bu barədə report "RİA Novosti"yə istinadən xəbər verir.

Bu məlumatı Donald Tuskun maraqlarını müdafiə edən vəkil Roman Qertıx təsdiqləyib.
Yerli mətbuat qeyd edir ki, Tuskun prokurorluğa çağırılması onun əvvəllər şahid qismində ifadə verdiyi araşdırmalarla bağlı deyil.

AŞ rəhbəri prokurorluğa avqustun 3-də getməlidir. Tuskun prokurorluğa hansı statusda gedəcəyi dəqiq bilinmir.

O, bundan əvvəl də Polşa prokurorluğuna çağırılıb. Aprelin 19-da dindirilmə səkkiz saata yaxın davam edib. Məsələ Polşanın hərbi əks-kəşfiyyatı və FTX arasında əməkdaşlıqla bağlı olub.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13