1150 gənc peşə təliminə cəlb olundu
Ölkə
27 İyul 2017 11:33

1150 gənc peşə təliminə cəlb olundu


Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində indiyədək 1 150 nəfər gənc peşə təliminə cəlb olunub. Publika.az xəbər verir ki, hazırda mərkəzdə 105 nəfər gənc peşə təlimindədir.

Mərkəzdə ölkənin bütün bölgələrindən sağlamlıq imkanları məhdud gənclər kompüter istifadəçisi və kompüter dizayneri, dərzi, bərbər, toxuculuq, ağac üzərində oyma, rəssamlıq, kulinariya, xalçaçılıq,rəssamlıq, tikiş, toxumavə s. peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunublar. Kursları bitirdikdən sonra isə onlara peşə şəhadətnamələri təqdim edilib. Peşə təlimində olduqları müddətdə onların dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə təminatı da həyata keçirilib.

Burada peşə hazırlığı kurslarında olan sağlamlıq imkanları məhdud gənclərin cəmiyyətə fəal inteqrasiyasının dəstəklənməsi üçün digər istiqamətlərdə də mühüm tədbirlər görülür. Buna misal olaraq, “Bakı-2015” ilk Avropa Oyunlarında və IV İslam Həmrəyliyi Oyunlarında, “Formula-1” üzrə Avropa Qran-pri yarışlarında mərkəzdən olan gənclər də könüllü kimi iştirak edib və göstərilən etimadı doğruldublar.

Amin

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08