Hemodializ xəstələrinin sayı artıb - STATİSTİKA
Digər
27 İyul 2017 11:42

Hemodializ xəstələrinin sayı artıb - STATİSTİKA


“Azərbaycanda 28 hemodializ mərkəzində 600 hemodializ aparatı 3312 xəstəyə xidmət edir. Hemodializ xəstələrindən 1329 nəfəri Bakı, 1983 nəfəri isə regionlardadır”. APA-nın xəbərinə görə, bunu Kliniki Tibbi Mərkəzin (KTM) Hemodializ şöbəsinin müdiri Mirhaşim Calalov deyib.
 
O bildirib ki, Azərbaycanda hemodializlə müalicə alan xəstələrdən ən kiçiyinin 3, ən yaşlısının 85 yaşı var: “Hazırda 15 yaşa qədər 6 az yaşlı xəstə var. Xəstələr 71 adda dərman və tibbi ləvazimatlarla Səhiyyə Nazirliyi tərəfindən tam təmin olunurlar”.
 
“Xroniki Böyrək Çatışmazlığı” proqramı üzrə 719 nəfər böyrək köçürülmüş xəstənin olduğunu diqqətə çatdıran şöbə müdirinin sözlərinə görə, 2017-ci ildə 54 nəfərə böyrək köçürülüb: “Onlar 13 adda dərman preparatları ilə dövlət hesabına təmin edilirlər”.
 
M. Calalov qeyd edib ki, ötən illə müqayisədə bu il hemodializ xəstələrinin sayında 12% artım baş verib və ötən il 600 nəfər hemodializ xəstəsi vəfat edib.
 
“Bu il Zərdab və Masallıda yeni hemodializ mərkəzi, Sumqayıt şəhərində isə 15 aparatlıq ikinci hemodializ şöbəsinin istifadəyə verilməsi nəzərdə tutulur. Bakıda yaşayan hemodializ xəstələrinin sayının artmasını nəzərə alaraq bu ilin iyul ayının əvvəllərində 3 saylı şəhər xəstəxanasında əlavə 12 aparat istifadəyə verilib”, - şöbə müdiri vurğulayıb.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08