Azərbaycanda böyrək köçürülən xəstələrin sayı AÇIQLANDI
Sağlamlıq
27 İyul 2017 11:43

Azərbaycanda böyrək köçürülən xəstələrin sayı AÇIQLANDI


“Azərbaycanda hemodializ xəstəliyinin yaranmasınının 28-31 faiz hallarda əsas səbəbi şəkərli diabet xəstəliyidir”.

Publika.az xəbər verir ki, bu sözləri M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev ölkədə xroniki böyrək çatışmazlığı və böyrəklərin xroniki xəstəliyilə mübarizə, bu sahələrdə dövlət qayğısı və həyata keçirilən tədbirlərə həsr edilmiş tədbirdə deyib.

F.Babayev hemodializin böyük məsrəf tələb edən müalicə olduğunu və bir xəstənin illik müalicə xərci dövlətə 13-15 min manata başa gəlir: “2003-cü ildə 3 hemodializ mərkəzi var idi, bu gün onların sayı 38-ə çatıb. Bu mərkəzlərdə xəstələr pulsuz müalicə edilir. Bu müalicə xəstələrin gündəlik həyat tərzinə çevrilib. Bu gün respublikada heç bir hemodializ xəstəsi növbə gözləmir. Bir aparat 6 xəstəyə xidmət göstərə bilir. Bütün dializ mərkəzləri 3 növbədə fəaliyyət göstərir. Dünyada yalnız 75 faiz hemodializ xəstələrinin müalicəsi dövlət tərəfindən qarşılansa da, bizdə 100 faizdir”.

F.Babayev deyib ki, xroniki böyrək çatışmazlığında əsas problemlərdən biri də böyrək köçürmə ilə bağlıdır: “Təkcə bu il 54 nəfərə böyrək köçürülüb. Əhalinin çox olduğu bölgələrdə müalicəyə cəlb edilən xəstələrin də sayı çox olur. Bu zaman da aparatları sayı xəstələrin sayına nisbətən az ola bilir. Yaşadığı regionda bu problem yaşanan xəstələr qonşu rayonlarda onlara bu xidmət göstərilir. Hemodializ xəstələrin sıxlığı əsasən cənub və qərb bölgəsində daha çox olur. Cənub bölgəsində buna səbəb rütubətin və xəstələnmə halının çox olması, qərb bölgəsində isə əhalinin çox olması ilə bağlıdır”.

Gülxar

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 13 yanvar

Astroloji proqnoz - 13 yanvar

13 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 20 dekabr

Astroloji proqnoz - 20 dekabr

20 Dekabr 2017 00:13
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 21 dekabr

Astroloji proqnoz - 21 dekabr

21 Dekabr 2017 00:08
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08