Röya villasının alınmasından danışdı - “…Az baltalayın”
Digər
27 İyul 2017 11:52

Röya villasının alınmasından danışdı - “…Az baltalayın”


Əməkdar artist Röya Ayxan eks-qayınatası, “Çudo Peçka”nın sahibi Çingiz Cəlilovun həbsi və ailənin ona verdiyi villanın müsadirə olunmasına münasibət bildirib.
 
Lent.az-ın Qafqazinfo-ya istinadən məlumatına götə, müğənni sözügedən mülkün əlindən alınmasına aydınlıq gətirib.
 
O qeyd edib ki, həmin ev mətbuatda yazıldığı kimi, Ç. Cəlilovun həbsindən sonra deyil, daha öncə əllərindən alınıb:
 
“Mən onlardan nə bir manat istəyirəm, nə də götürərəm. Heç kimin malında, mülkündə gözüm yoxdur. Dünən mediada yazılıb ki, bizə verilən villa da müsadirə olunub. Demək istəyirəm ki, həmin ev dünən deyil, borc məsələsi gündəmə gələndən sonra təhvil verilib”. 
 
Röya eks-həyat yoldaşının ailəsinin hazırkı vəziyyətindən də danışıb:
 
“Xahiş edirəm, biri yıxılanda onu az baltalayın.  Onlar hazırda bir evdə yaşayırlar, bütün ailə o evə sığınıb. Gözüdoymayan adamın şəhərdə bir evi olar? Hər kəsi ədalətli olmağa çağırıram”.




loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Mazolu bir gündə sağaldan

Mazolu bir gündə sağaldan

21 Avqust 2017 18:02
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08