Orta əsr universitetləri ilə bağlı DƏHŞƏTLİ FAKTLAR: tələbələrə bunu edirdilər ki... - FOTO
Digər
27 İyul 2017 12:03

Orta əsr universitetləri ilə bağlı DƏHŞƏTLİ FAKTLAR: tələbələrə bunu edirdilər ki... - FOTO


Tələbə həyatı çoxlarında, bir qayda olaraq, yataqxana, əzbərçilik, yarıac-yarıtox olmaq və əlbəttə ki, müxtəlif şənliklərlə assosiasiya olunur. Orta Əsrlər dövrünə yaxud daha əvvələ nəzər salsaq, aydın olur ki, bu baxımdan çox şey dəyişməyib. Sadəcə olaraq dəyişilən cəzalar və qəbul qaydalarıdır - günahı olan tələbələr qamçılanırdı və ümumiyyətlə onların universitetə qəbul olması ritualları olduqca qəddar idi.

Publika.az Orta Əsr universitetləri, onların tələbələrilə bağlı bir sıra maraqlı faktları oxuculara təqdim edir:

Hesab edilirdi ki, dərsləri daha yaxşı qavraması üçün tələbəni vaxtaşırı əzişdirmək lazımdır. Orta əsrə aid xeyli sayda mətnlər günümüzə çatıb ki, orada tələbələri döymək və qulağından tutaraq sürümək normal hal sayılırdı. Hətta bəzən kral nəslinin gənclərinə də dəyənə nəsib olurdu. Baxmayaraq ki, məsələn ingilis şahzadələrinin əlinin altında müəllimlərin bütün qəzəbini öz üzərinə alan qapazaltı uşaqlar olurdu.

Пирушка в

Orta əsrlərdə tələbənin universitetə daxil olması ilə bağlı “çökdürülmə” ayini haqda Publika.az əlavə yazı ilə çıxış edib. XV əsrin sonuna aid "Manuale Scolarium" adlı kitabda tələbələri universitetə qəbul etmək prosedurunun çılpaq təsviri verilib. Onları döyür, küt qayçı ilə dırnaqlarını tutur, sidik içməyə məcbur edirlər və s. bir sıra dözülməz sınaqlardan keçirirdilər. Auditoriyada hamı şən idi, təbii ki, təhqir olunan abituriyentdən başqa. Lakin görünür, başqa cür mümkün deyildi, “çökdürülmə” ayini haqda yazıda qeyd etdiyimiz kimi ərköyün abituriyentlər tam alçalmalı idilər.

Orta əsr tələbəlik həyatının başqa maraqlı tərəfləri ondan ibarətdir ki, məsələn mühazirələrdə belə şənliklər yer alırdı. XVI əsrdə bir dəfə, Oksfordda tələbə növbəti içki məclisindən sonra birbaşa mühazirə zalında yuxuya gedib. Məşhur şair, Riçard Korbet, hansı ki, həmin vaxt universitetdə müəllim idi, yatan tələbənin ipək corablarını kəsərək götürmüşdü.

Урок анатомии. Рембрандт. | Фото: disgustingmen.com.

Çox vaxt biliyə meyil ifrat dərəcədə olurdu və tələbələr anatomiya üzrə praktikalardan kifayətlənməyərək gecə qəbiristanlıqdan meyitləri çıxarıb, onların bədəninin öyrənilməsinə davam edirdilər. Bəziləri meyiti "isti" olaraq, məsələn dar ağacından birbaşa götürürdülər. Monpelyedə (Fransa), nə vaxt və harada dəfn mərasiminin olmasını xəbər verən bütöv bir şəbəkə fəaliyyət göstərirdi.

XVI əsrdə yaşamış alman yazıçısı Tomas Platter yazırdı ki, tələbə olanda qəbiristanlıqdan oğurladığı yeni meyitlər gözətçiləri qəzəbləndirirdi. Vəziyyət o həddə çatırdı ki, mühafizəçilər, qəbirlərin yanında kimisə görəndə xəbərdarlıqsız arbaletlərdən atəş açırdılar.

Танцующие студенты университета Альтдорфа. | Фото: coollib.net.

Deyəsən, bütün dövrlərdə tələbələr yeyib-içmək və əylənməyə meylli olurdular. Buna görə 1495-cu il tarixli "nümunəvi tələbənin gündəliyi" adlı kitabçada tələbələr üçün bir sıra məhdudiyyətlər təsvir olunub. Kitabda evdən kənarda gecələmək olmaz, bazar ertələri mütləq çimmək, bazarlara çərşənbə günü getmək, boş-boş danışmağa qadağa və s. tövsiyyə və qaydalar yer alırdı. Qaydalara məhəl qoymayan tələbələri yenə qəbulda olduğu kimi alçaldır, dəyənəyin altına salırdılar.

Zaur H.

P.S. Orta Əsrlərdə tələbəliyə qəbul o qədər qəribə rituallarla müşayiət olunurdu ki, müasir insan bu faktları rahatlıqla həzm edə bilmir. Publika.az aşağıdakı məqalədə orta əsrlərdə universitetə qəbulla bağlı bir sıra maraqlı faktlarla çıxış edib.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 16 avqust

Astroloji proqnoz - 16 avqust

16 Avqust 2017 00:13
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13