Robert Prosineçkinin köməkçisi “Panatinaikos” - “Qəbələ” oyununu izləyəcək
İdman
27 İyul 2017 12:06

Robert Prosineçkinin köməkçisi “Panatinaikos” - “Qəbələ” oyununu izləyəcək


Bakı. 27 iyul. REPORT.AZ/ “Qəbələ” komandasının futbol üzrə Avropa Liqasının III təsnifat mərhələsində Yunanıstan təmsilçisi “Panatinaikos” ilə səfərdə keçirəcəyi ilk matçını Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin köməkçisi də izləyəcək.
AFFA-dan “Report”a verilən məlumata görə, qapıçılar üzrə məşqçi Faiq Əzizov Afinaya ezam olunub. O, Bakı vaxtı ilə saat 22:30-da start götürəcək oyuna tribunadan baxacaq.
Qeyd edək ki, Robert Prosineçki hazırda vətəni Xorvatiyada istirahətdə olduğundan Azərbaycan klublarının cari avrokubok mövsümündə keçirdikləri 13 qarşılaşmanın heç birini stadionda izləməyib.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13