“Biznesmen” HƏBS EDİLDİ
Ölkə
27 İyul 2017 12:13

“Biznesmen” HƏBS EDİLDİ


Biznes qurmaq adı ilə vətəndaşlardan pul alaraq dələduzluq edən 1973-cü il təvəllüdlü Elçin Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrlik etdiyi prosesdə təqsirləndorilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Elçin Abdullayev 8 il müddətinə azadlıqdan məhrum edilib.

Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və o, məhkəmə zalında həbs edilib.

İttihama görə, Elçin Abdullayev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda olduqda) maddəsi ilə təqdirli bilinib.

Elçin Abdullayev biznes qurmaq adı ilə vətəndaşlardan 30 min manat pul alıb.

Hacı Zeynalov

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13