Röya villanın alınmasından danışdı - "…Az baltalayın"
Ölkə
27 İyul 2017 12:14

Röya villanın alınmasından danışdı - "…Az baltalayın"


Əməkdar artist Röya Ayxan eks-qayınatası, "Çudo Peçka"nın sahibi Çingiz Cəlilovun həbsi və ailənin ona verdiyi villanın müsadirə olunmasına münasibət bildirib.

Milli.Az xəbər verir ki, müğənni qafqazinfo-ya açıqlamasında sözügedən mülkün əlindən alınmasına aydınlıq gətirib.

O qeyd edib ki, həmin ev mətbuatda yazıldığı kimi, Ç. Cəlilovun həbsindən sonra deyil, daha öncə əllərindən alınıb:

"Mən onlardan nə bir manat istəyirəm, nə də götürərəm. Heç kimin malında, mülkündə gözüm yoxdur. Dünən mediada yazılıb ki, bizə verilən villa da müsadirə olunub. Demək istəyirəm ki, həmin ev dünən deyil, borc məsələsi gündəmə gələndən sonra təhvil verilib". 

Röya eks-həyat yoldaşının ailəsinin hazırkı vəziyyətindən də danışıb:

"Xahiş edirəm, biri yıxılanda onu az baltalayın. Onlar hazırda bir evdə yaşayırlar, bütün ailə o evə sığınıb. Gözüdoymayan adamın şəhərdə bir evi olar? Hər kəsi ədalətli olmağa çağırıram".

Milli.Az




loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13