Bakıda polis 10 nəfəri tutdu – OĞURLUĞA GÖRƏ
Digər
27 İyul 2017 12:17

Bakıda polis 10 nəfəri tutdu – OĞURLUĞA GÖRƏ


Bakıda oğurluqla məşğul olan 10 nəfər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 20-də rayon ərazisindəki evlərdən birindən 500 manat dəyərində qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Gündüz Zamanzadə və Kamran Musayev tutulublar.

 

- Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 23-də rayon ərazisindəki evlərdən birindən 3 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Fikrət Quliyev və bir yeniyetmə tutulublar.

 

- Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 22-də rayon ərazisindəki evlərdən birindən 6000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini Qismət Nəsibov və Ağdam rayon sakini Elşad Hüseynov tutulublar.

 

- Narkotik vasitə ilə tutulan Ceyhun Məmmədovun ətrafında Nərimanov RPİ 17-ci PB əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun iyulun 1-dən 15-dək olan müddətdə rayon ərazisində 7 həyətyanı sahədən velosiped oğurlaması da müəyyən edilib.

 

- Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 23-də rayon ərazisindəki kafelərdən birindən 342 manat və gümüş boyunbağı oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini Məhəmməd Babayev saxlanılıb.

 

- Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 25-də rayon ərazisindəki mağzalardan birindən 1500 manat və  tütün məmulatı oğurlamaqda şübhəli bilinən Ağsu rayon sakini olan bir yeniyetmə tutulub.

 

- Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 24-də rayon ərazisində 4 avtomobildən pul, akkumulyator, mobil telefon, səsgücləndiricilər və təmir-tikinti aləti oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nəcəf Hüseynov tutulub.

 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Avqustun 21-nə olan

Avqustun 21-nə olan

21 Avqust 2017 00:22