Azərbaycanda öldürücü istilər qayıdır – 42 dərəcəyə çatacaq
Digər
27 İyul 2017 12:32

Azərbaycanda öldürücü istilər qayıdır – 42 dərəcəyə çatacaq


İyulun 28-də Bakıda və Abşeron yarımadasında günəşli hava şəraiti gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə  22-26° isti, gündüz  32-37° isti, Bakıda gecə  24-26° isti, gündüz  35-37° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan  aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 55-65 %,  gündüz  40-50 % olacaq. 

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  26-27°, Türkan, Hövsan, Sahil, Şıxda  27-28° isti təşkil edəcək.

           

İyulun  28-29-da  Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 34-39° isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə iyulun 28-də regionlarda hava şəraiti yağmursuz olacaq. Qərb küləyi  gündüz ayrı-ayrı  yerlərdə arabir  güclənəcək. Havanın temperaturu gecə  21-26° isti, gündüz  35-40° isti, dağlarda gecə 15-20° isti, gündüz  27-32° isti olacağı gözlənilir.

 

İyulun 28-dən ayın sonunadək  ölkə ərazisində hava şəraitinin isti olacağı gözlənilir. Havanın maksimal temperaturunun 35-40°, Naxçıvan MR-da və Mərkəzi-Aran rayonlarının bəzi yerlərində 42°, dağlıq rayonlarda isə 27-32° isti olacağı gözlənilir. Qərb küləyi 29-u gündüzdən 31-dək  ayrı-ayrı yerlərdə  arabir  güclənəcək.

 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Astroloji proqnoz - 19 avqust

Astroloji proqnoz - 19 avqust

19 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13