Beyləqanda faciə: qolunu dirsəkdən kəsdilər
Digər
27 İyul 2017 12:52

Beyləqanda faciə: qolunu dirsəkdən kəsdilər


Dünən Beyləqan rayonunda bədbəxt hadisə baş verib. Lent.az xəbər verir ki, rayon sakini İlham Quliyev avtomobilin idarəetməsini itirərək, qəza törədib.

 

Belə ki, İ.Quliyev sükan arxasında olarkən maşındakı sərnişin qarşıdan traktorun gəldiyini görüb və sürücünün yuxulu olmasını düşünərək, qışqırmağa başlayıb. İ.Quliyev həyəcandan idarəetməni itirib və avtomobil aşaraq yolun hərəkət hissəsi ilə xeyli sürünüb. Bu zaman sürücünün qapının pəncərəsində çıxartdığı sol qolu avtomobilin altında qalıb və ağır xəsarət alıb.

 

Xəstəxanaya yerləşdirilən sürücünün qolu dirsəkdən amputasiya edilib.

 

 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Avqustun 21-nə olan

Avqustun 21-nə olan

21 Avqust 2017 00:22