“Azərişıq” Şimal-Qərb bölgəsində şəbəkələri yeniləyir
Digər
27 İyul 2017 12:57

“Azərişıq” Şimal-Qərb bölgəsində şəbəkələri yeniləyir


            Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin qarşıya qoyduğu tapşırıqlara uyğun olaraq “Azərişıq” ASC ölkənin bütün regionlarında olduğu kimi Şimal-Qərb bölgəsində də istehlakçıların dayanıqlı, fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi üçün istismar müddətini başa vurmuş elektrik şəbəkələrində geniş miqyaslı yenidənqurma, təmir-tikinti və bərpa işlərini davam etdirir. Lent.az-ın "Azərişıq” ASC-dən aldığı məlumata görə, Balakən, İsmayıllı, Qəbələ, Şəki, Qax, Zaqatala, Oğuz, Şamaxı rayonlarının daxil olduğu “Azərişıq” ASC-nin Şimal-Qərb RETSİ (Regional Enerji Təchizatı və Satışı İdarəsi) 8 rayon üzrə 471 kənd, 54 yaşayış məntəqəsi və 14 qəsəbəyə xidmət edir ki, burda da ümumilikdə 198 min abonent olmaqla 690 min əhali yaşayır.

     Turizm zonası sayılan Şimal-Qərb bölgəsində “Azərişıq” ASC yaradıldıqdan sonra müasir standartlara cavab verən 110/35/10 kV-luq “Bəhmədli”, “Cəfərabad” “Göynük” yarımstansiyaları istifadəyə verilib və  “Qax” yarımstansiyasında işlər yekunlaşmaqdadır. 35/10 kV-luq yarımstansiyalar üzrə isə “Qəbələ”, “Zəyzid”, “Ulduz” yarımstansiyaları tikilib, “Oğuz”, “İlisu” “Yeni Basqal”, “Yeni Şamaxı” və  “Qax-2” yarımstansiyalarında isə işlər başa çatmaqdadır. Bundan əlavə Şimal-Qərb RETSİ-nin xidməti ərazisində  287 ədəd yeni KTM (Komplekt Transformator məntəqəsi)  quraşdırılıb. Region üzrə 298.049 km ÖİN (özünüdaşıyan izolyasiyalı naqil)  kabel, 307.243 km naqil çəkilib, 26.137 ədəd yeni dayaq basdırılıb və dəyişdirilib. Şimal-Qərb RETSİ-nin 80-ə yaxın kənd və qəsəbələrində yenidənqurma işləri aparılıb və hazırda 75-dən artıq kənd və qəsəbədə işlər görülməkdədir. 8 rayon üzrə ümumilikdə 17.225 ədəd yeni sayğac quraşdırılıb, 14.025 ədəd sayğac yenisi əvəz edilib. Ümumilikdə istismar müddətini başa vurmuş şəbəkələrdə görülən işlər nəticəsində texniki itkilər azalıb, elektrik enerjisinin yığımı artıb.

      İyulun 26-da  Oğuz Elektrik Şəbəkəsinin yeni ofis binasının açılışı oldu. İki mərtəbədən ibarət yeni ofis binasında əməkdaşların operativ fəaliyyət üçün hər cür şərait yaradılıb. Burada abonentlərə xidmətin keyfiyyətinin artırılması, enerji satışı, qəza xidməti, müştəri xidmətləri üçün xüsusi otaqlar yaradılıb. Açılış zamanı "Azərişıq” ASC-nin sədr müavini Vüqar Əhmədov, Oğuz şəhər icra hakimiyyətinin başçısı Eyvaz Qurbanov ölkənin elektrik enerji təchizatında həyata keçirilən islahatlardan və yenidənqurma işlərindən danışaraq energetikləri təbrik ediblər.

     Son iki ildə Oğuz Elektrik Şəbəkəsinin xidməti ərazisində master-plana uyğun kifayət qədər yenidənqurma işləri həyata keçirilib. Hal-hazırda 1 ədəd yeni 35/10 kVt-luq yarımstansiya inşa edilir və 31 ədəd yeni KTM quraşdırılıb. Göstərilən müddət ərzində 30 km kabel, 22.6 km naqil, 432 ədəd dayaq yenidən qurulub. Bu istiqamətdə 10-0.4 kV-luq şəbəkənin yenidən qurulması işləri aparılır. Hazırda isə Oğuz şəhəri, Calut, Malıx, Bucaq, Muxas, Daşağıl, Bayan, Qumlaq, Şirvanlı, Tayfılı, Hallavar, Ərmənət, Xal-xal, Xalxalqışlaq, Filfili, Xaçmaz, Xaçmazqışlaq kəndlərində yenidənqurma işlər davam etdirilir.

     Ötən iki ildə Şimal-Qərb RETSİ üzrə Qəbələ, Şəki, İsmayıllı Elektrik Şəbəkələrinin yeni ofis binaları istifadəyə verilmiş, Qax, Zaqatala və Balakən rayonlarında isə yeniləri inşa olunur.



loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08
Mazolu bir gündə sağaldan

Mazolu bir gündə sağaldan

21 Avqust 2017 18:02
Avqustun 21-nə olan

Avqustun 21-nə olan

21 Avqust 2017 00:22