Makdonaldsın mətbəxində çəkdiyi bu FOTOLARI paylaşdı, ölkə bir-birinə dəydi
Dünya
27 İyul 2017 12:58

Makdonaldsın mətbəxində çəkdiyi bu FOTOLARI paylaşdı, ölkə bir-birinə dəydi


Fastfudun zərəri dəfələrlə sübut olunmağına baxmayaraq, bu qidaya olan tələbat günü-gündən daha da artır.

Bu günlərdə Nik adlı Luiziana sakini öz tviter hesabında işlədiyi Makdonalsd şəbələlərinin birində fastfud və dondurma hazırlayan alətlərin “çirkin” üzünü öz izləyiciləri ilə bölüşüb. İçərisində natəmiz maye ilə dolu olan dondurmaburaxan boru fotoşəkilləri isə hər kəsin kəskin qəzəbinə səbəb olub.

Bu fotolar bir anda sensasiya yaradıb, digər şəbəkələrə də yayılmağa başlayıb. Nikin fotoşəkillərinin izləyiciləri iki qrupa bölünüblər. Birinci qrup Makdonalds restoranlar zəncirinin qatı düşmənləri, ikinci tərəf isə bu faktı təkzib edən insanlar idi.

Nik isə bütün şərhləri səbrlə cavablayaraq, şəkilin həqiqətən dondurmaburaxan makinaya aid olduğunu bildirirdi.

Bəzilərində isə bu gəncin həqiqətən Makdonaldsda satıcı işlədiyinə dair şübhələr yaranmağa başlayıb. Buna cavab olaraq Nik buzluqdan bir neçə fastfud nümunəsi çıxararaq "baxın, siz hər gün bunları yeyirsiniz" - şərhini yazıb.

Hadisədən bir neçə gün sonra Nik öz hesabında yeni paylaşım edərək, işdən qovulduğunu bildirib və Makdonaldsda çəkdiyi növbəti iştahküsdürən məhsulların fotoşəkillərini də paylaşıb.

Bu fakt bir daha sübut edir ki, özümüzü, xüsusən də, övladlarımızı bu tip kafelərdən uzaq tutmalıyıq.

Leyla Sarabi







loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Astroloji proqnoz - 19 avqust

Astroloji proqnoz - 19 avqust

19 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13