Bu kişilər keçmiş sevgilisini unuda bilmir
Maraqlı
27 İyul 2017 13:12

Bu kişilər keçmiş sevgilisini unuda bilmir


Bu dəfə Kişi bilməlidir bölməsinə daha çox xanım istifadəçilərin marağına səbəb olacaq məlumat paylaşırıq.

Bir çox qadınlar həyatlarındakı kişinin, keçmiş sevgilisini hələ də düşündüyündən şübhələnir. Əslində bunun təsdiqini tapmaq elə də çətin deyil. Onun bəzi davranışlarına diqqət etmək kifayətdir. 

Kişilər, bu məqamlara diqqət edək ki, sonra çətin vəziyyətdə qalmayaq. Keçmir sevgilisini unuda bilməyən kişilər… 

Davamlı ondan bəhs edir 

Hər söhbət zamanı onun adını, yaşadıqları xatirələri xatırlayırsa, deməli, hələ də əvvəlki sevgilisini unuda bilir. 

Hələ də fotolarını saxlayır 

Telefonuna və ya komputerinə baxmağınıza, araşdırmanıza ehtiyac yoxdur. Sosial şəbəkə hesabından köhnə fotolarını silməyibsə, evində və ya otağında, ətrafında hələ də onun şəkilləri varsa, deməli, onu unutmayıb.

Onun əşyalarını saxlayır

Əvvəlki sevgilisinin ona hədiyyə etdiyi, evində unutduğu və ya birlikdə istifadə etdikləri əşyaları hələ də saxlayırsa, bu, onu xatırlatdığı üçündür.

Sosial şəbəkədə izləyir

Həyatından gəlib keçmiş insanları internetdə izləmək doğru hərəkət deyil. Lakin o, hələ də əvvəlki sevgilisini dostluğundan çıxarmayıbsa və onun hər addımını izləyirsə, demək unutmayıb.

Ünsiyyətini davam etdirir

Hələ də əvvəlki sevgilisi ilə gizli-gizli mesajlaşırsa, onun səmimi mesajlarına cavab verirsə, onun olduğu yerlərə getməyə çalışırsa, unuda bilməyib.

Hər an köməyinə yetişir

Əvvəlki sevgilisi adi işlərində belə, onun köməyinə çatmaq istəyir və hələ də qaça-qaça köməyə gedirsə, bunun iki mənası var: ya çox köməksevər insandır, ya da əvvəlki sevgilisinə qarşı eyni hissləri keçirir.

Onu rəqib olaraq görürsünüz

Onun əvvəlki sevgilisinə rəqib kimi baxmağınız normaldır, çünki bir zamanlar onu sevib. Sizin ona rəqib kimi baxmağınıza sevgiliniz səbəb olursa, demək düşüncələrinizdə haqlısınız.

Ona görə mübahisə edirsiniz

Əvvəlki keçmişdə qalır. Bu gününüzdə olması üçün heç bir səbəb yoxdur. Sevgiliniz əvvəlki sevgilisi ilə hələ də həyatının bir parçası kimi davranır və mübahisələrinizə səbəb olursa, o zaman münasibətlərinizə nəzər salın.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08