Ermənistanda etiraz aksiyası keçirilib
Dünya
27 İyul 2017 13:46

Ermənistanda etiraz aksiyası keçirilib


Bakı. 27 iyul. REPORT.AZ/ Emənistanın Lori bölgəsinin Ardvi kəndinin sakinləri qızıl mədəninin istismarına etiraz olaraq aksiya keçiriblər.
“Report” “Radio Azatutyun”a istinadən xəbər verir ki, aksiya iştirakçıları qızıl mədəni yerləşən kəndə gedən yolu bağlayıblar.
Bu mədənin istismarı ilə bağlı ictimai müzakirə planlaşdırılıbmış. Aksiya iştirakçıları müzakirənin aparılmasına yol verməyəcəklərini bildiriblər.
Etirazçılar ekoloqlar, parlamentdəki müxalifət təmsilçiləri, Ermənistan Ətraf Mühitin Mühafizəsi Nazirliyinin əməkdaşlarının qızıl yatağı olan Ardvi kəndinə daxil olmasına imkan verməyiblər. Onlar yolun açılması ilə bağlı polisin tələblərinə də əməl etməyiblər. 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 fevral

Astroloji proqnoz - 18 fevral

18 Fevral 2018 00:13
İranda zəlzələ olub

İranda zəlzələ olub

18 Fevral 2018 10:41
Astroloji proqnoz - 13 fevral

Astroloji proqnoz - 13 fevral

13 Fevral 2018 00:08
Astroloji proqnoz - 15 fevral

Astroloji proqnoz - 15 fevral

15 Fevral 2018 00:08
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08